Home Qarabağ Ordumuzun Kəlbəcərdəki mövqeləri atəşə tutuldu

Ordumuzun Kəlbəcərdəki mövqeləri atəşə tutuldu

84
0

Mayın 2-i saat axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

“Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”, – məlumatda qeyd edilib.

Previous article“Qarabağ” bu gün doqquzuncu çempionluğunu rəsmiləşdirə bilər
Next articleAzərbaycanın məşhur mebel şirkəti cərimələndi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here