Home QHT AVP Qadınlar Şurası Sumqayıtda Ramazan bayramı ilə əlaqədar əlilliyi olan şəxslər və...

AVP Qadınlar Şurası Sumqayıtda Ramazan bayramı ilə əlaqədar əlilliyi olan şəxslər və aztəminatlı ailələrlə görüşdü

132
0

Sosialxəbər.az xəbər verir ki, Ana Vətən Partiyasının Qadınlar Şurasının sədri Günay Ağamalı Sumqayıt şəhərində fəaliyyət göstərən “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin üzvüləri və aztəminatlı ailələrlə görüşdü.

AVP Qadınlar Şurasının sədri Günay Ağamalı tədbir iştirakçılarını salamlayaraq,onların müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etdi və AVP sədri,millət vəkili Fəzail Ağamalının təbrikini iştirakçılara çatdıraraq, qeyd etdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. ÖLkəmizdən sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirir.

Ana Vətən Partiyası bu uğurlu siyasəti dəstəkləyir. Fəzail Ağamalı və AVP hər zaman əlilliyi olan şəxslərə, Qarabağ qazilərinə,şəhid ailələrinə və aztəminatlı ailələrə diqqət və qayğı göstərir və onların daim yanındadır.

Onların problemlərini, mürciətlərini Milli Məclisdə səsləndirir və aidiyyatı orqanlara çatdırır.

Biz də Qadınlar Şurası olaraq bu siyasəti regionlarda uğurla davam etdiririk deyə vurğuladı.

Tədbirdə çıxış edən AVP Qadınlar Şurasının sədr müavini, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova AVP sədri, millət vəkili Fəzail Ağamalıya və AVP Qadınlar Şurasnın sədri Günay Ağamalıya hər zaman əliliyi olan şəxslərə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını bildirdi və onları Ramazan bayramı münasibəti ilə təbrik etdi.

Tədbirdə iştirak edənlər Ramazan bayramı münasibəti ilə göndərilən yardımlara görə AVP sədri Fəzail Ağamalıya və Qadınlar Şurasının sədri Günay Ağamalıya minnətdarlıqlarını bildirdilər.

Previous articleArtur Ağacanov: “Müqavilə imzalanacaq, sərhədlərin həm delimitasiyası, həm də demarkasiyası olacaq” – MÜSAHİBƏ
Next articleBu gündən birinci sinfə qeydiyyat başlayır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here