Home Cəmiyyət Hacıyevlə Qriqoryan nəyi müzakirə edəcək?

Hacıyevlə Qriqoryan nəyi müzakirə edəcək?

75
0

Ceyhun Bayramovla Ararat Mirzoyan arasındakı telefon danışıqlarının ardınca Hikmət Hacıyevlə Armen Qriqoryan arasında bu gün gözlənilən görüş yaxın zamanda önəmli hadisələrin şahidi olacağımızdan xəbər verir.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Hikmət Hacıyevlə Armen Qriqoryan arasında Brüsseldə keçiriləcək görüşü Axar.az-a şərh edən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Politoloq xatırladıb ki, bu, tərəflər arasında keçirilən ikinci belə görüşdür:

“Görüş zamanı tərəfləri maraqlandıran məsələlər ilə bağlı yol xəritəsi üzərində iş aparılacağını düşünürəm. Bildiyimiz kimi, sülh müqaviləsi ilə bağlı əsas məsələ ölkəmizin ərazi bütövlüyünün tanınmasıdır. Lakin bununla bağlı Ermənistan tərəfi ikibaşlı çıxışlar edir. Bir tərəfdən Qarabağdakı ermənilərlə problemin ərazi məsələsi deyil, hüquqi məsələ olduğunu qeyd edirlər, digər tərəfdən Azərbaycanın ərazi bütövlüyünü 30 il bundan öncə tanıdıqlarını, lakin Qarabağ məsələsinin ayrıca müzakirə tələb etdiyi haqqında rəsmi açıqlamalar verirlər. Fikrimcə, erməni rəsmiləri ikitərəfli görüşlərdə publika qarşısında dediklərindən daha fərqli mövqe nümayiş etdirirlər. Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə keçirilən son görüşdə İlham Əliyev və Nikol Paşinyan arasında sərhədlə bağlı komissiyasının, eyni zamanda sülh müqaviləsi üzərində işləyəcək qrupun yaradılması haqqında razılıq əldə olunub. Deməli, artıq komissiyalar qurulub, indi əsas məsələ o komissiyaları işə salmaqdır”.

Politoloq bildirib ki, sülh müqaviləsi olmayacağı halda Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq:

“Əgər Azərbaycanın sərhədləri tanınmasa, dövlətimiz bu və ya digər yolla Qərbi Zəngəzurla bağlı addımlar atmaq hüququnu özündə saxlayır”.

Politoloq prosesə mane olan ölkələrin də olduğunu bildirib:

“İrəvandakı bəzi ölkə səfirləri Zəngəzur dəhlizinin açılmasının qeyri-mümkün olduğunu qeyd etdilər. Xüsusilə İranın mövqeyi hər kəsə bəllidir. Ancaq Ermənistan nəhayət anlamalıdır ki, digər ölkələrin maraqlarının ifadəçisi olmaqdan çıxmalı, öz milli, iqtisadi maraqlarını müdaiə etməlidir. Zəngəzur dəhlizi Ermənistanın iqtisadi marağına cavab verən önəmli kommunikasiyadır. İrəvan bununla bağlı öhdəlik də götürüb. Ermənistan başqa ölkələrin əlində oyuncaq olmaqdan qurtulduğu zaman qazanc əldə edə biləcək”.

Previous articleQarabağ müharibəsi qazisi kömək üçün müraciət etdi: “Müavinətim ipotekanı ödəməyə çatmır” – FOTO
Next articleABŞ səfirliyi Azərbaycan xalqını təbrik edib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here