Home QHT “Ziyalı Ocağı” İctimai Birliyi “Erməni vandalizmi” adlı sənədli filmin təqdimatını keçirdi

“Ziyalı Ocağı” İctimai Birliyi “Erməni vandalizmi” adlı sənədli filmin təqdimatını keçirdi

73
0

Aprel ayının 30-da Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyinin həyata keçirdiyi “Erməni vandallarının Azərbaycan ərazilərində törətdiyi cinayət əməllərinin ifşa olunması istiqamətində təbliğat və təşviqat işinin təşkili”layihəsi çərçivəsində “Erməni vandalizmi” adlı sənədli filmin təqdimatı keçirildi.
Təqdimat mərasimi Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Musiqi Məktəbinin Akt zalında baş tutdu. Tədbirdə müəllimlər, jurnalistlər, QHT rəhbərləri, tələbələr, şagirdlər iştirak edirdi. Sənədli filmin çəkiliş heyəti də tədbirin iştirakçıları arasında idi.
Giriş sözü ilə tədbiri açan Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi Vüqar Bəşirov bildirdi ki, -“bu qəbildən olan tədbirlərin rayonumuzun ərazisində həyata keçirilməsi təqdirə layiq haldır. Erməni vandalizminə məruz qalan ərazilərimizdə törədilən barbarlıq aktları işğalçı Ermənistanın müasir dünyaya öz əsl simasının real nümayişidir. Dünyanın bütün mədəni, sülhsevər xalqları terrorçu Ermənistan dövlətinin əməllərindən xəbərdar olmalıdır. Ümidvaram bu gün nümayişinə toplandığımız “ Erməni vandalizmi” adlı sənədli film bu istiqamətdə ümummilli maraqlarımıza xidmət edərək, işğalçı Ermənistanın bütün dünyaya tanıdılmasında, ifşasında mühüm vasitə olacaqdır”.
Çıxış üçün söz alan “Ziyalı Ocağı” İctimai Birliyinin sədri, layihə rəhbəri İlahə Əliyeva vurğuladı ki, “28 il ərzində mənfur erməni işğalına məruz qalan torpaqlarımızın azad olunmasında əvəzsiz xidmətləri olan, bizə qələbə sevincini yaşadan, Ali Baş Komandanımız cənab İlham Əliyevə və Onun igid əsgərlərinə minnətdarlıq borcumuz vardır. Aylarla, illərlə həsrətini çəkdiyimiz Vətən həsrətinə məhz bu azman igidlərimizin sayəsində son verdik, doğma torpaqlarımıza qovuşduq. Təəssüflər olsun ki, bu gün bizimlə bərabər qələbə sevincini yaşaya bilməyən, vətənimizin azadlığı uğrunda canından, qanından keçən ərənlərimizə –Şəhidlərimizə bu günləri görmək nəsib olmadı. Xahiş edirəm, adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, heç vaxt unutmayacağımız, həmişə bizimlə bərabər olan Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Bir dəqiqəlik sükut)
Layihə rəhbəri nitqinə davam edərək bildirdi ki, -“ Erməni vandalizmi” adlı bu sənədli filmdə Azərbaycanın 28 il ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında saxlanan ərazilərimizdə aparılan vandallıq aktları lentə alınmışdır. Vaxtilə yurdumuzun abad, dilbər guşələrindən sayılan Qubadlıda, Laçında Füzulidə, Zəngilanda, Kəlbəcərdə və digər ərazilərimizdə hazırda ürəg göynədən, qəlb dağlayan mənzərələr mövcuddur. Rayon mərkəzlərimiz, qəsəbələrimiz, kəndlərimiz yerlə-bir olub, daş-daş üstündə qalmayıb dağıdılıb. Dağlarımıza, dərələrimizə, çaylarımıza bir sözlə, flora və və faunamıza görünməmiş dərəcədə zərbə vurulub. Məscidlərimiz, qəbristanlıqlarımız, dini məbədlərimiz bilərək, qəsdli şəkildə məhv olunub. İnsanlığa qarşı vəhşilik aktı törədilib.
Ermənilərin işğal olunmuş ərazilərimizdə həyata keçirdikləri dəhşəti, vəhşəti, insanlığa sığmayan cinayət əməllərini bütün dünyaya bəyan etməliyik. Qəsbkar düşmən öz çirkin niyyətinə, bəd əməllərinə görə məsuliyyətə cəlb olunmalı, qanun qarşısında cavab verməlidir”.
ADNA-nın dosenti, iqtisadçı alim Ağasəf İmran qeyd etdi ki, “Ermənistan Azərbaycanın bütün yeraltı və yerüstü sərvətlərindən vəhşicəsinə istifadə edib, qatı düşmən kimi, acgözcəsinə yararlanıb. Onun bu vəhşiliyinin dünyada analoqu yoxdur. Cinayət əməli işlədən bu ölkə Azərbaycana və azərbaycanlılara qarşı həm maddi, həm mənəvi cəhətdən külli miqdarda zərər vurub. Bu zərərin-ziyanı hesablana bilməyəcək dərəcədə çoxdur”.
Tanınmış jurnalist, “Avropa-info” saytının baş redaktoru Rəsul Mirhəşimli söylədi ki, – “Ziyalı Ocağı” İctimai Birliyinin araya-ərsəyə gətirdiyi “Erməni vandalizmi” adlı bu sənədli film müasir cəmiyyətimiz üçün faydalı informasiya xarakterli əhəmiyyətli bir mənbədir. Azərbaycan və ingilis dillərində olan bu sənədli filmdə lentə alınan süjetlər Azərbaycan torpaqlarının başına gətirilən dağıntıların, vəhşiliklərin çox cüzi bir hissəsidir. Erməni vandallarının xalqımıza və dövlətimizə yaşatdığı bu faciənin dəhşəti hopmuş səhnələr nə qədər ağır olsa da, bizə düşmənimizin iç üzünü tanıtdı. Düşmənimizi tanımalı və gələcək nəsillərə olduğu kimi tanıtmalıyıq”.
Təqdimatda çıxış edən Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Aynur Zülfüqarova bu sənədli filmin əhəmiyyətindən bəhs etdi və söylədi ki, -“Mən özüm vaxtilə gözəlliyi, abadlığı ilə aləmə səs salan Ağdamda dünyaya gəlmişəm. Körpəliyim, gəncliyim orada keçib. İndi mənim dünyaya gəldiyim o cənnət guşədən əsər-əlamət yoxdur. Qan içən erməni quldurları nəinki azərbaycanlıların qanlarına susadılar, onları qəddarcasına qətl etdilər, hətta onlar Azərbaycan təbiətinə qarşı da qətliama əl atdılar. İşğal altında qalan ərazilərimizdə bütün yaşıllıqlar kəsilmiş, ətraf aləmə külli miqdarda ziyan vurulmuşdur. Onlar -ermənilər bu mənfur əməlləri ilə özlərini dünyaya belə tanıtdılar. Bu gün onlar yalnız bir adla çağırıla bilərlər-mənfur, qəddar və terrorçu. İşğal olunmuş ərazilərimizdə dağıntılara, insanlarımıza qarşı apardıqları məzalimlərə görə bu mənfur tayfaya yalnız bu adlar verilə bilər”.
Sonra “Erməni vandalizmi” adlı sənədli filmin nümayişi oldu.
Film iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.

Previous articleSumqayıt şəhərində qadın hüquqları ilə bağlı ictimai müzakirə keçirildi
Next article“Üç rəngli göy qurşağı” filmi təqdim edilib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here