Home QHT “Üç rəngli göy qurşağı” filmi təqdim edilib

“Üç rəngli göy qurşağı” filmi təqdim edilib

158
0

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dünyəviliyin və Maarifpərvərliyin” Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən icra olunan layihə çərçivəsində hazırlanmış “Üç rəngli göy qurşağı” adlı filmin təqdimatı keçirilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda həalk olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində haqqında film çəkilmiş şəhidlərin ailə üzvləri, Mingəçevir şəhər 18 nömrəli orta məktəbin müəllim və şagird heyəti, ictimaiyyət nümayəndələri və QHT rəhbərləri iştirak edib.

Layihə rəhbəri Günel Mürsəlli bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizi azad etdi. Ölkəmizin qəhrəman oğulları canı, qanı bahasına ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşdü və apardıqları mübarizənin qələbə ilə nəticələnməsinə nail oldu. Şəhidlərimizi yaşatmaq, onları unutmamaq bizim üzərimizə düşən vəzifədir. Keçirdiyimiz tədbirlərdə, layihələrdə hər zaman şəhid ailələrinin və qazilərimizin iştirakını təmin etməli, onların qəhrəmanlıqlarını gənc nəsil arasında təbliğ etməliyik.

Mingəçevir şəhər 18 nömrəli məktəbin director əvəzi Gülü Alməmmədova çıxışında bildirib ki, haqqında film çəkilən şəhidlərdən ikisi Əliyev Elman və Məmmədli Məhəmməd onun işlədiyi məktəbdə oxuyub, İsgəndərov Niyazinin oğlu isə hazırda həmin məktəbdə təhsil alır. O qeyd edib ki, müəllimə kimi şəhidlərimizin vəfatı haqqında danışmaq kədərli olsa da, onların göstərdiyi qəhrəmanlıq və şücayət hər bizi qürurlandırır.

Daha sonra Elman Əliyev və Məhəmməd Məmmədli təhsil alan zaman 18 nömrəli məktəbin direktoru olmuş Əhməd Əlləzov çıxış edib. O, vətənpərvərliyin məktəblərdə təbliğinin rolundan danışıb, onlarla bağlı olan xatirlərini bölüşüb. Vətən uğrunda şəhidlikdən yüksək ad olmadığını və hər birimizin onlarla qürur duyduğunu qeyd edib. Bildirilib ki, onları daim yaşatmaq və gələcək nəsillərə tanıtmaq bizim borcumuzdur.

QHT rəhbəri İradə Polad bildirib ki, şəhidlərimiz, qazilərimizin şücayəti, president İlham Əliyevin qətiyyəti sayəsində biz ərazi bütövlüyümüzün bərpa olunmasına nail olduq. Mübariz, Polad, Məhəmməd, Elman, Niyazi kimi vətənpərvər gənclərimiz hər zaman yetişəcək və Azərbaycanın, şəhidlərimizin adının yaşadılması üçün çalışacaqlar.

Sonra şəhid Elman Əliyevin atası Rakif Əliyev çıxış edib,bildirib ki, vətənpərvərliyin təbliğində valideynlərlə yanaşı, müəllimlərin də rolu danılmazdır. O, şəhidlərimizin adının yaşadılması, onların tanıdılması üçün çalışan hər bir kəsə təşəkkür edib.

Daha sonra filmin təqdimatı keçirilib.

Previous article“Ziyalı Ocağı” İctimai Birliyi “Erməni vandalizmi” adlı sənədli filmin təqdimatını keçirdi
Next articleAzərbaycan məscidlərində bayram namazı qılındı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here