Home QHT “Uşaqlara qarşı zorakılıq məişət zorakılığıdır” adlı layihəsinin icrasını başa çatdırdı

“Uşaqlara qarşı zorakılıq məişət zorakılığıdır” adlı layihəsinin icrasını başa çatdırdı

71
0


Sosialxəbər.az bildirir ki, Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2022-ci ilin fevral-aprel aylarında Ağstafa və Tovuz rayonlarını əhatə etməklə 3 ay ərzində həyata keçirilmişdir. Layihə çərçivəsində 100 nəfərin iştirakı ilə 2 ictimai aksiya və 120 nəfərin iştirak etdiyi 4 seminar təşkil olunmuşdur. İctimai aksiyaların əsas məqsədi ictimaiyyətin diqqətinin uşaqlara qarşı zorakılıq halları ilə mübarizə məsələlərinə cəlb edilməsi olmuşdur. İctimai aksiyalar Ağstafa və Tovuz rayonlarının mərkəzlərində əhalinin sıx olduğu əraziləri əhatə etməklə keçirilmişdir. İctimai aksiyaların iştirakçıları üzərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Demokratik İslahatlar və Hüquq İctimai Birliyinin loqoları və “Uşaqlara qarşı zorakılıq məişət zorakılığıdır” yazıları olan maykalar geyinmiş, həmçinin üzərində “Zorakılıq Yox Uşaqlar” yazılmış şarlar götürmüş və layihə çərçivəsində hazırlanmış “Uşaqlara qarşı zoraılıq gələcəyimizi məhv edir” adlı bukletləri paylamışlar. Lahiyə üzrə tədbirlərdə Ağstafa və Tovuz rayonlarının icra hakimiyyətlərinin, təhsil şöbələrinin, gənclər evlərinin, Heydər Əliyev Mərkəzlərinin məsul əməkdaşları dəvət olunmuşlar. Layihə gender bərabərliyi nəzərə alınmaqla Tovuz rayonunda 8, Ağstaga rayonunda 10 orta məktəbin müəllimlərini, şagirdlərini və valideynləri, bələdiyyə əməkdaşlarını əhatə etmişdir. Bukletlərdə uşaqlara qarşı zorakılığın anlayışı, növləri, zorakılıq hallarında nəyə diqqət yetirilməsi, zoraklığın qurbanı olan uşaqların dövlət müdafiəsi, zorakılığa görə məsuliyyətin labüd olması və zorakılıq hallarında müraciət ünvanları barədə məlumatlar verilmişdir və bukletlərin paylanılması zamanı məzmunla bağlı izahatlar verilmişdir. Seminarlar interaktiv şəkildə keçirilmiş, uşaqlara qarşı zorakılığın anlayışı, səbəbləri, növləri, xüsusilə də psixoloji (emosional) zorakılıq, onun müəyyən edilməsi, internet zorakılığı, o cümlədən kiberbullinq, uşaqların zorakılıq barədə susmalarının səbəbləri və s. məsələlər müzakirə edilmiş, zorakılığın qurbanlarının dövlət müdafiəsi tədbirləri, tətbiqi qaydası, müraciət ünvanları izah edilmişdir. Seminar iştirakçılarına sertifikatlar verilmiş və kiçik hədiyyələr (şarflar) paylanılmışdır. Layihə şərçivəsində seminar iştirakçılarının şəxsi müraciətlərinə konfidensial olaraq baxılmış və məsləhətlər verilmiş, bir neçə müraciətə rayon icra hakimiyyətlərinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının diqqəti cəlb edilmiş, qadın və uşaq sığınacaqlarına müraciətə yardım edilmişdir. Layihə çərçivəsində hazırlanmış bukletlər orta məktəblərə, Heydər Əliyev Mərkəzlərinə, Gənclər evlərinə və fərdi evlərə, uşaqlara paylanılmışdır. Layihənin icrasına başlanılması, həyata keçirilmiş tədbirlər KİV-lərində geniş işıqlandırılmışdır. Layihənin icrası ilə bağlı videorolik Birliyin facebook səhifəsində yerləşdirilmişdir. Layihə başa çatdıqdan sonra da uşaqlara qarşı zorakılıq halları ilə bağlı maarifçilik, qurbanlara və risk altında olanlara yardım davam etdiriləcəkdir. Birliyə müraciət ünvanları bukletdə qeyd edilmişdir və bununla bağlı Facebook səhifəsində məlumatlar verilir.

Demokratik İslahatlar və Hüquq İctimai Birliyinin sədri:
Mərhəmət Əsgərova

Previous articleFHN-in səlahiyyətlərində dəyişiklik: Nazir tapşırıqlar verdi
Next articleKəlağayı festivalı – Elan

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here