Home QHT Sumqayıt şəhərində qadın hüquqları ilə bağlı ictimai müzakirə keçirildi

Sumqayıt şəhərində qadın hüquqları ilə bağlı ictimai müzakirə keçirildi

99
0


Sosialxəbər.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən icra olunan “Sumqayıt şəhəri və yaxın bölgələrdə əhalinin qadın hüquqları və onların müdafiə mexanizmləri barədə maarifləndirilməsi, hüquq pozuntularına məruz qalmış qadınlara sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində 29 aprel 2022-ci il tarixində Sumqayıt şəhərində “Qadın hüquqları və onları müdafiə mexanizmləri” mövzusunda İctimai müzakirə keçirilmişdir.
Müzakirəni giriş sözü ilə layihənin rəhbəri Zenfira Mustafayeva açaraq layihənin məqsədi və məramı haqqında iştirakçılara geniş məlumat vermişdir.
İctimai müzakirənin əsas mövzusu ökədə qadın hüquqlarının təmin olunması vəziyyəti və bu hüquqların müdafiəsi sahəsində mexanizmlərin effektliyi ilə bağlı idi.
Tədbirdə 25 nəfər olmaqla QHT nümayəndələri, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri, hüquqşunaslar şəxslər iştirak etmişdilər.
İctimai müzakirə zamanı ölkəmizdə, həmçinin şəhərimizdə qadın hüquqlarının müdafiəsinin vəziyyəti, bununla bağlı son zaman müşahidə olunmuş faktlar müzakirə olundu. Layihənin rəhbəri Zenfira Mustafayeva çıxış edərək layihənin gedişatı barədə, layihə çərçivəsində əhali arasında qadın hüquqları ilə bağlı keçirilmiş sorğuların nəticələri barədə iştirakçılara məlumat verdi.
Müzakirə zamanı layihənin hüquqşunası Ruslan Mustafazadə və Sumqayıt Regional Vəkillər Birosunun rəhbəri Anar Qasımlı ölkədə qadın hüquqları ilə bağlı mövcud vəziyyət, qadın hüquqlarını tənzimləyən qanunlar, bu hüquqların müdafiəsi mexanizmlərin səmərəlliyi barədə geniş çıxış etdilər.Müzakirə zamanl Anar Qasımlı həmçinin nikah müqavləsi və onun daha geniş tətbiqinin, bu vasitənin təbliğinin vacibliyi barədə geniş danışdı.
Tədbir zamanı iştirakçılar tərəfindən verilən bütün suallar layihə əməkdaşları və vəkillər tərəfindən cavablandırılmışdır.

Previous articleİslam dünyasının ən müqəddəs ayı olan Ramazan ayı münasibətilə Salyan rayonunda  iftar süfrəsi təşkil edilib
Next article“Ziyalı Ocağı” İctimai Birliyi “Erməni vandalizmi” adlı sənədli filmin təqdimatını keçirdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here