Home QHT “Regional inkişaf üzrə maarifləndirmə”ictimai birliyi layihəni uğurla icra etmişdir

“Regional inkişaf üzrə maarifləndirmə”ictimai birliyi layihəni uğurla icra etmişdir

88
0

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gəncə şəhərində “Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial və psixoloji reabilitasiyasının gücləndirilməsi” layihəsinin icrasını uğurla başa vurmuşdur.
Layihə dövründə 30 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaq üçün intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün psixoloji və sosial-hüquqi reabilitasiya xidməti təşkil olunmuşdur.
Həyata keçirilmiş reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklər baş vermişdir. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss edilir, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artmışdır, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranmışdır. Bir çox nitq qüsuru olan uşaqlarda müsbət nəticə əldə olunmuşdur. Mərkəzin fəaliyyətindən bəhrələnən uşaqlardan autizm, daun sindromu, əqli gerilik və nitq qüsuru çoxluq təşkil edir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyd olunan layihənin dəstəklənməsi Gəncə Reabilitasiya Mərkəzinin davamlı fəaliiyət göstərməsində mühüm əhəmiyyət kəsb etmişdir.

Layihənin rəhbəri Rövşən Novruzov

Previous articleKəlağayı festivalı – Elan
Next article“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” festivalı layihəsini yekunlaşdırdı.. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here