Home QHT “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” festivalı layihəsini yekunlaşdırdı.. 

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” festivalı layihəsini yekunlaşdırdı.. 

181
0

“Vətənpərvər  Maarifçi Gənclər”  ictimai birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət    Dəstəyi  Agentliyinin yardımı ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” festivalı layihəsini yekunlaşdırdı.. 
Layihədə məqsəd qaçqın statusu almış şəxslərin və əcnəbilərin doğma ana dilimizi nə dərəcədə bildiklərini üzə çıxarmaq, eyni zamanda dilimizin tədrisi səviyyəsini müəyyənləşdirmək idi. Layihə çərçivəsində əcnəbilərə  Azərbaycanın müxtəlif regionlarına turlar təşkil edilib.
Onlar Bakı, Şamaxı,İsmayıllı, Qəbələ  rayonlarında  səyahətdə oldular.
 Layihənin son tədbiri Bakı şəhərində keçirildi.Layihə rəhbəri maraqlı bir məkan seçmişdi.
 Hərbi qənimətlər muzeyində  44 günlük müharibənin  nəticələri olaraq düşmənin hərbi texnikası nümayiş olunur. 
Əcnəbilər eksponatlara baxdılar.Təlimçi əcnəbilərə daha ətraflı məlumat verildi.
 Sonra iştirakçılar onlar üçün ayrılan məkana gəldilər. İki ay layihədə birgə  olan iştirakçılara Diplomlar təqdim olundu. 
Çay süfrəsi və yemək masası ətrafında söhbətlər davam etdi. Əcnəbilər layihənin icra olunmasından razı qaldıqlarını bildirdilər. 
Uzun zaman Azərbaycanda yaşasalar da imkan tapıb layihədə gəzdikləri yerlərdə olmadıqlarından danışdılar. Onlara olan qayğıya görə minnətdarlıq bildirdilər.

Previous article“Regional inkişaf üzrə maarifləndirmə”ictimai birliyi layihəni uğurla icra etmişdir
Next articleİslam dünyasının ən müqəddəs ayı olan Ramazan ayı münasibətilə Salyan rayonunda  iftar süfrəsi təşkil edilib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here