“Vətənpərvər Maarifçi Gənclər” ictimai birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” festivalı layihəsini yekunlaşdırdı..
Layihədə məqsəd qaçqın statusu almış şəxslərin və əcnəbilərin doğma ana dilimizi nə dərəcədə bildiklərini üzə çıxarmaq, eyni zamanda dilimizin tədrisi səviyyəsini müəyyənləşdirmək idi. Layihə çərçivəsində əcnəbilərə Azərbaycanın müxtəlif regionlarına turlar təşkil edilib.
Onlar Bakı, Şamaxı,İsmayıllı, Qəbələ rayonlarında səyahətdə oldular.
Layihənin son tədbiri Bakı şəhərində keçirildi.Layihə rəhbəri maraqlı bir məkan seçmişdi.
Hərbi qənimətlər muzeyində 44 günlük müharibənin nəticələri olaraq düşmənin hərbi texnikası nümayiş olunur.
Əcnəbilər eksponatlara baxdılar.Təlimçi əcnəbilərə daha ətraflı məlumat verildi.
Sonra iştirakçılar onlar üçün ayrılan məkana gəldilər. İki ay layihədə birgə olan iştirakçılara Diplomlar təqdim olundu.
Çay süfrəsi və yemək masası ətrafında söhbətlər davam etdi. Əcnəbilər layihənin icra olunmasından razı qaldıqlarını bildirdilər.
Uzun zaman Azərbaycanda yaşasalar da imkan tapıb layihədə gəzdikləri yerlərdə olmadıqlarından danışdılar. Onlara olan qayğıya görə minnətdarlıq bildirdilər.






