Home Cəmiyyət Bakıda bağ evlərinə tələbat azalıb – Ekspert

Bakıda bağ evlərinə tələbat azalıb – Ekspert

70
0

Paytaxtda kirayəlik bağ evlərinin qiyməti aylıq minimum 500 manatdan başlayır, 8 min manata qədər qalxır.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev kirayə bağ evlərinin hazırkı qiymətləri barədə danışarkən deyib.

O qeyd edib ki, kirayə bağ evlərinə təlabat may ayının sonlarında daha çox olur:

“Son illər pandemiya ilə əlaqədar xarici ölkələrə gediş məhdudiyyəti yarandığı üçün vətəndaşlarımız daha çox turistik bölgələrimizə üz tutdular. Bu səbəbdən bölgələrdə torpaq satışı sürətləndi, qiymətlər isə artdı. Həmçinin bağ evlərinin bölgələrdə kirayəsi Bakını üstələdi. Bakı ətrafındakı bağ evlərinə tələbat azalıb. Hətta bağ evlərinin kirayə və satış qiymətlərində ciddi şəkildə enmələr var”.

E.Fərzəliyev deyib ki, turistik zonalarımız arasında ən çox üstünlük verilən Quba, Qusar, Qəbələ, Şəki, həmçinin cənub zonlarıdır:

“Burada da artıq torpaq sahəsi, bağ evləri, kafe, restoran alanların sayı çoxalıb”.

Previous article“Vərdiş” Narkotikə YOX de! adlı filmin təqdimatı keçirilib – FOTO
Next articleHəbs etdiyi şəxs bəraət aldı: Hakim cəzalana bilər?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here