Home QHT “Peşə təhsili alan və təhsilini başa vurmuş gənclərin özünüməşgullüq imkanlarının artırılmasina ictima...

“Peşə təhsili alan və təhsilini başa vurmuş gənclərin özünüməşgullüq imkanlarının artırılmasina ictima diqqətin artırılması” layihəsi yekunlaşır

36
0

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Peşə təhsili alan və təhsilini başa vurmuş gənclərin özünü-məşgullüq imkanlarının artırılmasina ictimai diqqətin artırılması” layihəsinin icrası yekun-laşmaq üzrədir.
Əsas məqsədi peşə təhsili alan və təhsilini başa vurmuş gənclərin özünüməşğulluq imkanlarının artırılmasına ictimai diqqətin artırılması olan layihə fəaliyyətləri, “Bilik və Maarifçiliyin Inkişafı” ictimai birliyi tərəfindən, Gəncə Peşə Təhsili Mərkəzləriində həyata keçirilir.

Özünüməşğulluq və sahibkarliq fəaliyyətinə maraq göstərən 24 nəfər peşə təhsili alan və təhsi-lini başa vurmuş gənclərə “Öz Biznesinə Başla” modulu üzrə təlim sessiyası, “Qadın bərbər salonu” nümunə biznes plan əsasında isə işçi seminarlar keçirlmişdir. Növbəti mərhələdə benefisiarlara, biznes planın hazırlanması kontekstində, “Sərmayə Planı”,“Satiş Proqnozu Planı”,“Tədarük Planı”,“Digər Xərclər”,“Gəlir və Xərclər Planı” alt mövzularında ümumilikdə 32 məsləhət xidməti göstərilmişdir.
Beynəlxalq Əmək Təşkilatının “Öz Biznesinə Başla” modulu üzrə aparılan təlim sessiyasında təşkil edilən simulyativ “Biznes Oyun” gənclərin sahibkarlıq fəaliyyətinə olan maraqlarına pozitiv təsir göstərmişdir.
Təlimlərdə əlldə edilmiş bilik və bacarıqlar, göstərilmiş məsləhətlərin praktik faydaları gənclər tərəfindən konkret biznes planların hazırlanmasını stimullaşdırılmışdır.
Belə ki, təlim iştirakçıları tərəfindən 11 “Qadın gözəllik salonu”, 5 “Kişi bərbər salonu”, 1 “Tibb bacısı xidməti”, 1 “Tərcümə mərkəzi”, 1 “Foto Gallery”, 1 “İnternet klub”, 1 “Kompyuter xidmət-ləri”, 1 “Avtomobil alqı-satqısı” biznes planları işlənilmişdir.
Gənclər arasinda öxünüməşğulluq və sahibkarlıq fəaliyyətinin təşviqi ilə bağlı təlim və məslə-hətlər maraqlı tərəflərin mövcud resursları hesabına və qismən ödənişli əsasda davam etdirilə-cəkdir.
Layihənin əldə edilmış uğur nəticələrini ölkədə özünüməşğulluq və sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən proqramlara əlavə bir töhfə kimi qiymətləndirmək olar.

Previous articleŞəhidlik mövzusu: həssaslıq və məsuliyyət
Next article“Vərdiş” Narkotikə YOX de! adlı filmin təqdimatı keçirilib – FOTO

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here