Home QHT Vərəm əleyhinə QHT Koalisiyasının bu ilin birinci rübünün yekunlarına həsr olunan iclası...

Vərəm əleyhinə QHT Koalisiyasının bu ilin birinci rübünün yekunlarına həsr olunan iclası keçirilib – FOTOLAR

223
0

Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının 2022-ci ilin I rübün yekunları ilə bağlı tədbir keçirilib.

Sosialxəbər.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının sədri Elçin Muxtarlı ötən dövr ərzində Koalisiyanın gördüyü işlər haqqında məlumat verib. Koalisiya rəhbəri qeyd edib ki, ötən dövr ərzində birgə fəaliyyət nəticəsində xeyli uğurlu işlərə imza atılıb.

Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası Katibliyinin nümayəndələri Aytən Hüseynova və Pərvanə Vəliyeva koalisiyanın xüsusən Ümumdünya Vərəm Günü ilə bağlı təşkil etdiyi silsilə tədbirlərin əhəmiyyətindən danışaraq, təbliğat, maarifləndirmə və məlumatladırma işlərinin vacib olduğunu diqqətə çatdırıblar.

İclas təqdimatlarla davam edib. Samirə Muxtarova (“Sağlamlığa Xidmət” İB), Çingiz Ramazanlı (“Vərəmsiz Gələcəyə Doğru” İB), Sona Hacıyeva (Azərbaycan Qızıl Aypara Cəmiyyəti), Ziba Nəbiyeva (“İnkişafa Doğru Qadın Təşəbbüsü” İB), Cəsarət Hüseynzadə (“İnformasiya Təşəbbüslərinə Dəstək” İB) Amal Allahverdiyev (Vərəmdən Əziyyət Çəkmiş Şəxslərin İcması) Səbinə Kərimova (Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İB), Cəmilə Abdulova (Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İB) təmsil etdikləri təşkilatların ötən rüb ərzində gördükləri fəaliyyətlər haqqında məlumatlar veriblər.

Görüşün sonunda qarşıdakı hədəflər və planlar barədə müzakirələr aparılıb.

Previous articleSumqayıtda “Gənclər arasında ailə dəyərlərinin təbliği, ailə institutlarının inkşafına dair maarifləndirmə tədbirləri” təşkil edildi
Next articlePandemiya məşğul qadınlara necə ziyan vurub – Layihə + Fotolar

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here