Home QHT Sumqayıtda “Gənclər arasında ailə dəyərlərinin təbliği, ailə institutlarının inkşafına dair maarifləndirmə tədbirləri”...

Sumqayıtda “Gənclər arasında ailə dəyərlərinin təbliği, ailə institutlarının inkşafına dair maarifləndirmə tədbirləri” təşkil edildi

47
0

“Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 fevral 2022-ci il tarixindən “Gənclər arasında ailə dəyərlərinin təbliği istiqamətində və ailə institutlarının inkşafına dair maarifləndirmə tədbirlərinin təşkili”layihəsinin icrası davam edir.

Bu barədə Sosialxəbər.az – a ictimai birliyin mətbuat xidmətindən bildirilib. Dördüncü tədbir 28 aprel 2022-ci il tarixində Sumqayıt şəhərində təşkil olundu.

Tədbiri giriş sözü ilə Sumqayıt şəhəri İcra hakimyyətinin məsul işçisis Fərman Kazımov açaraq, ailə dəyərlərinin yeniyetmə və gənclər arasında təbliğini aparmaq günümüzün vacib mövzusudur. Qeyd etdi ki, bu kimi maariflənmə gənclər üçün lazımlıdır.İndiki gənclər əvvəlki gənclərdən çox fərqlidir. Sanki böyüyə,kiçiyə hörmət itib. Ancaq bu tədbirlər onlarda bu hisslərin aşılanmasına, xoş rəfdarına kömək edəcək.

Birliyin sədri İndira Şəmasivari iştirakçıları salamladı və ailə dəyərləri erkən nigah və onun fəsadları barədə danışdı. O,bildirdi ki, Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə yeniyetmə və gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.

Məhz buna görə ailə institutu tarix boyu dövlətlərin formalaşmasında mühüm rol oynamışdır. Ailə cəmiyyətin aparıcı qüvvəsi olan vətəndaşları yetişdirir, dəyərlər sistemini formalaşdırır, sosial münasibətlərin nizamlayıcısı rolunda çıxış edir. Ona görə də cəmiyyətimiz möhkəm və sağlam ailənin qurulmasında maraqlıdır. Güclü ailə güclü dövlət deməkdir. Məhz bu baxımdan dövlət ailə siyasəti Azərbaycan hökumətinin diqqətində olan mühüm məsələlərdən biridir və bu sahə prioritet istiqamətlərdən sayılır.
Bu gün dünya əhalisinin 2,6 milyon nəfərini gənclər təşkil edir.

Son illər dövlətin prioritet məsələlərindən biridə gənclər arasında ailə instutunun və nigah münasibətlərinin möhkəmləndirilməsinə dair məsələlərin geniş şəkildə təbliğinə dəstək verməkdir. Ötən il ölkədə nikaha daxil olanların 78,7 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27,5, qadınların isə 23,6-dır. Azərbaycanda 11 ayı ərzində 60 min 800 nikah olub, 12 min boşanma faktı qeydə alınıb. Bu da əhalinin hər 1000 nəfərinə 6.9 nikaha, 1.4 boşanması deməkdir. Boşanmaların sayı ildən ilə artmaqda davam edir. Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir.. Amma dəyişən zaman, müasir inkişaf, qloballaşma, heç şübhəsiz, kiçik dövlət modeli sayıla biləcək Azərbaycan ailələrinə də öz təsirini göstərib. Bu gün qloballaşma və modernləşmə şəraitində ailələr texnoloji və iqtisadi inkişafın gətirdiyi müxtəlif problemlərlə qarşılaşır.
Sonra təlimçi Nərmin Arazlı ailə dəyərləri barədə və ölkəmizdə mövcud olan problemlərdən geniş danışdı. Yekunda tədbir iştirakçılarının çıxışları dinlənildi. Müzakirələr çay süfrəsi arxasında davam etdirildi.

Qeyd edək ki, layihə rəhbəri Surxay Şəmsivaridir.

Previous articleJurnalistika fakültəsinin tələbələri “Hərbi Qənimətlər Parkı”nı ziyarət edib
Next articleVərəm əleyhinə QHT Koalisiyasının bu ilin birinci rübünün yekunlarına həsr olunan iclası keçirilib – FOTOLAR

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here