Home QHT
268
0

Gender Bərabərliyi – Bərabər İmkanlar!

“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikası QHT-ə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gender bərabərliyi – bərabər imkanlar!” layihəsi davam edir.
Layihənin əsas məqsədi regionlarda gənclər üçün gender bərabərliyinə dair qanunvericiliyin təbliği və bu maarifləndirmə işini təşkil etməklə cəmiyyətdə gender bərabərliyinin inkişafına nail olmaqdan ibarətdir.
Layihə üç ay müddətində Xaçmaz və Şabran rayonlarında həyata keçirilir. Ümumilikdə altı təlimi əhatə edən layihəyə 150 nəfər 15-29 yaşları əhatə edən gənclər cəlb olunacaqlar. Layihənin növbəti təlimi Xaçmaz rayonu 2 saylı tam orta məktəbdə keçirildi. Layihəni maraqla qarşılayan gənclər gender bərabərliyinə dair qanunvericiliklə baglı maarifləndirildilər. Təlimin sonunda mövzu ilə bağlı müzakirələr keçirildi. Qarşıdakı günlərdə təlimlər Xaçmaz və Şabran rayonlarında davam edəcək.
Layihənin davamlılığını təmin etmək məqsədilə, təşkilat təlim iştirakçıları və layihənin ekspert qrupundan ibarət şəbəkə yaradacaq və bu şəbəkədə maarifləndirmə işləri davam etdiriləcəkdir. Eyni zamanda təşkilatın filialının layihə həyata keçən regionda yerləşdiyindən həmin tədbirlərin layihədən sonra da davam etdirilməsi təmin ediləcək.
Qeyd edək ki, bu layihə və Azərbaycan Respublikası QHT-ə Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənir.

Previous articleDaha 44 min şagird imtahan verəcək
Next article” Biz Narkotiksiz Həyatı Seçirik!” adlı tədbir keçirilib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here