Home QHT Zaqatala rayonunda əlilliyi olan şəxslərin məşqulluğu ilə bağlı tədbir keçirildi

Zaqatala rayonunda əlilliyi olan şəxslərin məşqulluğu ilə bağlı tədbir keçirildi

249
0

Sosialxəbər.az xəbər verir ki, Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə
26 Aprel 2022-ci il tarixində Zaqatala Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

“İstedadlı Əlillər” Ictimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” adlı tədbir keçirildi.
Tədbirdə Zaqatala rayon H.Əliyev adına Mərkəzin rəhbəri Famil Rəhimov tədbirə gələn Dövlət qurumlrının numayəndələrini və əlilliyi olan şəxsləri salamlıyaraq tədbiri acıq elan etdi.
Tədbiri giriş sözü ilə açan İB-in sədri, layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verdi. Qubad Qasımov bildirdi ki, Layihə çərçivəsində Sumqayıt şəhəri, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala və Abşeron rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulur və layihə 01 iyun 2022-ci il tarixinədək davam edəcək. Layihənin məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.
Layihənin eksperti Rəşad Həsənov tədbirdə əlilliyi olan şəxslərə özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərrüfatı və yaxud kiçik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və ətraflı məlumat verdi.
Tədbirdə Məşğulluq Agentliyinin Şəki-Zaqatala Filalının sədir müavini Nazim Məmmədov əlilliyi olan şəxslərə özünəməşğulluq proqramının qanunvericiliyə uyğunluğu haqqında geniş və ətraflı məlumat verdi. Tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.
Daha sonura Zaqatala KOB Dostu Fuad Əliyev cıxış edərək layihənin vacibliyi və aktuallığını vurğuladı. Fuad müəllim qeyd etdiki KOBİA hər zaman Kicik və Orta Biznesə marağı olan hər bir vətəndaşın yanında olub və Sahibkar olması ücün təmənnasız xidmətlər görsədib. Fuad müəllim cıxışında xusisən bildirdi ki,Əliliyi olan şəxslər KOBİA-nın marağındadır ki onları KOB təlimlərinə cəlb edək, Sahibkar olmasında təmənnsız xidmət göstərək,istesal etdikləri məsulları Ölkəmizdə sərgilərin və satışın KOBİA tərəfindən təşkil edək.
Tədbirdə ı qrup əliliyi olan Könül Quluyev cıxışında qeyd etdiki mən altı aylıq dərizilik kursuna getmişəm hal-hazırda dərizi sənətini yüksək səviyyədə bacarıram,ancaq maddi imkanım yoxdur ki,tikiş maşınları və digər avadanlıqları alıb öz məşğulluğumu təmin edəm.Könül xanım bildirdiki,Məşğulluq isarəsinə müraciyyət etməyimə baxmıyaraq ı qrup əlilliyimə görə məni qəbul etmədilər ki,əlilik sənədimdə əmək qabiliyətsiz yazılıb.
Layihə rəhbəri Qubad Q.qeyd etdi ki,bu mövcud problemin həlli ücün Məşğuluq Agetliyinə müraciyət birliyimiz tərəfindən edilib.Agentliyin idarə heyyətinin sədri Mustafa Abbasbəyli bu problemin həlli edləcəyini birliyimizə bildirmişdi.
Tədbir iştrakcılarından olan ı dərəcəli əlilliyi olan şəxslərin hər birinin problemləri əlilik sənədində “əmək qabiliyətsiz”sözünün yazılması bu insanların istər aktiv məşğuluqdan,istər özünəməşğuluq proqramlarından məhrum edib.
Tədbir çərçivəsində özünüməşğulluq proqramı geniş müzakirə edilərək, iştirakçıların təklifləri dinlənildi.
Sonda Layihənin rəhbəri Qubad Qasımov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

“İstedadlı Əlillər” İctimai Birliyinin
sədri Qubad Qasımov

Previous articleİctimai iştirakçılıqla bağlı müzakirə keçirilib – FOTOLAR
Next articleQHT İsmayıllı rayonununda layihəsini icra etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here