Home Cəmiyyət Yeni əfv sərəncamı nə vaxt olacaq?

Yeni əfv sərəncamı nə vaxt olacaq?

190
0

Ötən gündən etibarən Əfv Məsələləri Komissiyasının iclasları başladı. İclaslarda hər bir məhkumla bağlı müraciət və vəsatət diqqətlə araşdırılır. Dünən 100-dən artıq müraciətə baxıldı. Komissiyanın iclasları davam edəcək.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev yeni əfv sərəncamının vaxtı ilə bağlı danışarkən deyib.

O bildirib ki, aprelin 29-da növbəti iclasın keçirilməsi nəzərdə tutulub:

“Bundan başqa bir çox iclasımız olmalıdır. Daxil olan müraciətləri tam olaraq əhatə etmək lazımdır. Təbbi ki, müraciətlərə baxıldıqdan sonra tövsiyə xarakterli qərarlarımız müvafiq şəkildə cənab Prezidentə təqdim olunacaq. Bundan sonra Prezident özünün yüksək konstitusion səlahiyyətlərinə söykənərək əfv sərəncamı imzalayacaq. Belə düşünmək olar ki, 28 maya qədər Komissiya iclaslarını başa çatdıra biləcək. 28 May Müstəqillik Günü münasibətilə əfv sərəncamının imzalanması istisna deyil”.

Ə.Nuriyev sərəncamın kimlərə şamil ediləcəyi barəsində isə belə deyib:

“Çox müxtəlif kateqoriyadan olan məhkumlar barəsində müraciətlər daxil olub. Bu səbəbdən konkret fikir söyləmək çətindir. Komissiya yalnız tövsiyə xarakterli rəylər hazırlayır. Bütün rəylər cənab Prezidentə təqdim olunur”.

O, həmçinin deyib ki, Komissiyada əfvetməyə görə müraciət edən şəxslərlə əlaqədar vəziyyətə baxılması kriteriyası müəyyənləşdirilib:

“Törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsindən, şəxsin cəzasını çəkmə müddətindən asılı olaraq zərəçəkmişin mövqeyi, eyni zamanda məhkumların ailə vəziyyəti, səhhəti, əməyə, insana münasibəti, davranışları nəzərə alınaraq qərar qəbul edilir. Uyğun olan hər məhkumun əfv sərəncamına daxil edilməsi ehtimalı var”.

Previous articleGənc müəllim qəflətən vəfat etdi
Next articleİctimai iştirakçılıqla bağlı müzakirə keçirilib – FOTOLAR

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here