“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” festivalı layihəsinin növbəti turu İsmayıllı rayonu oldu .
“Vətənpərvər Maarifçi Gənclər” ictimai birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” festivalı layihəsini icra edir.
Layihədə məqsəd qaçqın statusu almış şəxslərin və əcnəbilərin doğma ana dilimizi nə dərəcədə bildiklərini üzə çıxarmaq, eyni zamanda dilimizin tədrisi səviyyəsini müəyyənləşdirməkdir.
Müsabiqə sonrasında, layihənin davamlılığını artımaq məqsədilə, Azərbaycanın müxtəlif regionlarına turlar təşkil ediləcəkdir.
Onlar həm Azərbaycan dilini öyrənəcək, həm də ölkəmizin mədəniyyəti, adət-ənənələri tanış olacaq, eyni zamanda, Bakı, Şamaxı,İsmayıllı, Qəbələ bölgələrini səyahət edəcəklər.
Artıq layihənin İsmayıllı turu da baş tutub. Əcnəbilər Lahıcda olublar. İsmayıllının görməli və tarixi yerlərini gəziblər. Səhər , günorta yeməyi və axşam çay süfrəsi arxasında təəssuratlarını bölüşüblər.Bakıya dönərkən isə Azərbaycanın görməli yerlərini gəzmək onlara zövq verdiyini dilə gətiriblər.





