Home QHT “Qarabağ Azərbaycandır!”Rəsm və İnşa müsabiqələri başa çatdı

“Qarabağ Azərbaycandır!”Rəsm və İnşa müsabiqələri başa çatdı

186
0

“Bizim şəhər”Sumqayıt Sosial İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sumqayıt orta məktəblərində Zəfər tarixi ilə bağlı maarifləndirmə işinin dəstəklənməsi” layihəsi çərçivəsində Rəsm və İnşa müsabiqələrinin sonuncu,5-ci tədbirini Sumqayıt 12 №-li tam orta məktəbində keçirdi. Məktəbin ibtidai sinifləri arasında “Qarabağ Azərbaycandır !”devizi altında Rəsm müsabiqəsində 25 şagird,5-9cu siniflər arasinda İnşa müsabiqəsində də 25şagird iştirak etdi. Bu barədə Birliyin sədri, layihə rəhbəri Mətanət Zeynalova məlumat verib. Onun sözlərinə görə hər iki müsabiqədən yaxşı çəkilmiş 10 rəsm və yaxşı yazılmış10 inşa yazısı seçiləcək. Təşkilatımız Sumqayıt şəhərinin 5 orta məktəbləri arasinda Rəsm və İnşa müsabiqələrini sona çatdırdı.Hər məktəbdən Rəsm müsabiqəsinə 10 rəsm olmaqla 50 rəsm şəkilləri seçiləcək.İnşa müsabiqəsində də hər məktəbdən 10 inşa yazısı olmaqla 50 inşa yazısı seçiləcək.May ayı ərzində qaliblər və fərqlənənlər seçiləcək.Müsabiqələrin yekunu isə iyun ayında acıqlanacaq və qaliblər və fərqlənənlər mükafatlandırılacaq.

Previous articleXaçmaz rayonunda “Gənclər arasında ailə dəyərlərinin təbliği, ailə institutlarının inkşafına dair maarifləndirmə tədbirləri” təşkil edildi
Next articleKuleba: Ukrayna ordusu döyüş gedə-gedə bunu edir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here