Home Cəmiyyət Metroda 9 dəqiqə gecikmə: sıxlıq yarandı

Metroda 9 dəqiqə gecikmə: sıxlıq yarandı

189
0

Bakı metrosunda qatarların hərəkətində 9 dəqiqə gecikmə olub.

Sosialxəbər.az xəbər verir ki, gecikmə metronun “İçərişəhər” stansiyasında müşahidə edilib. Qatarın gecikməsi səbəbindən stansiyada sərnişin sıxlığı olub.

Məsələ ilə bağlı açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, çox güman ehtiyat qatarlardan biri xətdən çıxarılıb və bu səbəbdən interval artıb:

“Ehtiyat qatarlar qrafikdən əlavə verilir. Məqsəd sərnişin sıxlığı olan istiqamətlərdə tənzimləməni sürətləndirməkdir. Belə olanda, digər xətdə dediyiniz dəqiqə fərqi yarana bilir. Ümumilikdə metronun və qatarların fəaliyyətində heç bir problem yoxdur”

Previous articleKuleba: Ukrayna ordusu döyüş gedə-gedə bunu edir
Next articleAzərbaycanlı jurnalistlər mühasirədə olan Nikolayevdə – VİDEO

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here