Home İqtisadiyyat DB: Ərzaq və enerji qiymətləri artacaq

DB: Ərzaq və enerji qiymətləri artacaq

702
0

Ukraynadakı müharibə nəticəsində ərzaq və enerji qiymətlərindəki artımlar 2024-cü ilin sonuna qədər davam edə bilər.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Dünya Bankı Qrupu məlumat yayıb.

“Bu il müharibə fonunda enerji qiymətləri 50% artacaq, 2023-2024-cü illərdə isə artım zəifləyəcək. Kənd təsərrüfatı və metalların qiyməti bu il demək olar ki, 20% artacaq. Növbəti illərdə bu artım yüksələn xətt üzrə davam edəcək. Bütövlükdə bu, 1970-ci illərdən bəri yaşadığımız ən böyük əmtəə şokudur. Müharibə uzunmüddətli inflyasiyaya səbəb ola bilər. Ölkələr alternativ ticarət yolları axtararkən, malların istehsalını artırarkən təmiz enerjiyə keçid ləngiyə bilər. Enerji qiymətlərinin və nəticədə gübrələrin qiymətinin kəskin artması ərzaq qıtlığına gətirib çıxara və qlobal yoxsulluğun azaldılmasında irəliləyişi dayandıra bilər”, – məlumatda deyilir.

Previous articleAzərbaycanlı jurnalistlər mühasirədə olan Nikolayevdə – VİDEO
Next articleAzərbaycan Texniki Universitetində “Vandalizm” sənədli filminin təqdimat mərasimi keçirildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here