Home QHT Aİ yeni layihə vasitəsilə Azərbaycanda qadınların səlahiyyətləndirilməsinə töhfə verir – FOTOLAR

Aİ yeni layihə vasitəsilə Azərbaycanda qadınların səlahiyyətləndirilməsinə töhfə verir – FOTOLAR

111
0

Azərbaycanda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən yeni bir illik “Gender yönümlü və çoxtərəfli əməkdaşlıq vasitəsilə Davamlı inkişaf yolunda qadınların potensialının gücləndirilməsi və iqtisadi səlahiyyətləndirilməsi” layihəsi başlayır.
Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası tərəfindən icra olunan bu layihə Azərbaycandakı qadınların və qızların özünəməşğulluq və öz bizneslərinə başlayaraq sahibkarlıq imkanlarının artırılması naminə bacarıqların artırılması, maarifləndirmə, vəkillik və təcrübələrin bölüşülməsinə yönəlmişdir. Layihənin benefisiarları Azərbaycanın Quba-Xaçmaz iqtisadi zonasından olan həssas qruplara aid qadınlar və qızlardır. Yeni başlayan bu layihə əmək bazarında qadınlara qarşı diskriminasiya təcrübələrini və zərərli gender stereotiplərini aradan qaldırmaq məqsədilə dövlət və özəl sektor arasında çox tərəfli gender-məlumatlı diaqlounu təşviq edəcək.
Bilik və qabaqcıl təcrübələrin ölkəxarici mübadiləsini təmin etmək üçün, layihə çərçivəsində Gürcüstanda Qadınların Biznes Şurası ilə əməkdaşlıq qurulacaq. Layihə 2022-ci ilin Fevral ayında başlayıb və 2023-cü ilin fevral ayına kimi davam edəcək. Layihə çərçivəsində 14-15 aprel 2022-ci il tarixində KOB Agentliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində potensial benefisiar qadınlar üçün layihənin təqdimatı keçirilmişdir.
Layihənin əsas hədəf benefisiarları Quba-Xaçmaz iqtisadi zonasından əhalinin həssas qruplarından olan qadın və kişilər olacaq. Tədbir zamanı 105 qadın layihədə iştirak üçün ilkin qeydiyyatdan keçmişdir. Ümumilikdə 80 qadın layihədən faydalanacadır. “AQSİA qadın sahibkarların inkişafını dəstəkləmək amalına sadiqdir və bu yeni layihə regiondan olan qadınların layihəyə qoşularaq öyrənmə, təcrübədən keçirmə, bilikləri paylaşma, təcrübə mübadiləsi və kiçik biznesləri üçün dəstək imkanları əldə etməsi vasitəsilə bu amala töhfə verəcək”– Səkinə Babayeva, AQSİA-nın Sədri bildirmişdir. Bu layihə BMT Qadın Agentliyi (UNWOMEN) və BMT Əhali Fondu (UNFPA) tərəfindən icra olunan, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Avropa İttifaqı Gender Bərabərliyi Naminə: Birlikdə Gender Stereotiplərinə və Gender Əsaslı Zorakılığa Qarşı” proqramı çərçivəsində həyata keçirilir. Bu Proqram gender rolları barədə sosial təsəvvürləri dəyişdirməklə, gender stereotiplərini aradan qaldırmaqla, kişilərin uşaq baxımı və digər məişət işlərində iştirakını artırmaqla qadınlar və kişilər üçün bərabər hüquq və imkanların gücləndirilməsinə yönəlmişdir

Previous articleHicran Hüseynovanın ərazi üzrə vətəndaş qəbulu keçirilib
Next articleXalq-iqtidar birliyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here