Home QHT Sumqayıtda “Qarabağ Azərbaycandır!”devizi altında Rəsm müsabiqəsi davam edir

Sumqayıtda “Qarabağ Azərbaycandır!”devizi altında Rəsm müsabiqəsi davam edir

232
0

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə“Bizim şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi İctimai Birliyi “Sumqayıt orta məktəblərində Zəfər tarixi ilə bağlı maarifləndirmə işinin dəstəklənməsi” layihəsi çərçivəsində Rəsm və İnşa müsabiqələrinin 4-cü tədbirini Sumqayıt 10№-li tam orta məktəbində keçirildi.
Bu barədə Sosialxəbər.az – a Birliyin və layihə rəhbəri Mətanət Zeynalova məlumat verib. Onun sözlərinə görə, 10 №-li orta məktəb Azərbaycanın Milli Qəhrəmanı Cəlil Əziz oğlu Səfərovun adını daşıyır.O.1992-ci ildə Şuşada qəhrəmanlıq göstərib,şəhidlik zirvəsinə ucalmışdır.
Kapitan Səfərov C. Sumqayıt 10 №-li məktəbin məzunudur.Məktəbin digər məzunları kapitan Anar Kərimov,baş leytenant Mikayıl Məmmədzadə gizirlər Emil İsgəndərov və Xudaverdi Abilov II Vətən müharibəsinin qəhrəman şəhidləridir. 

Zəfər tarixi ilə bağlı müsabiqənin belə bir məktəbdə keçirilməsi bizim təşkilat üçün qürurverici idi.İbtidai siniflər arasında“Qarabağ Azərbaycandır!”devizi altında Rəsm müsabiqəsində 25 şagird iştirak etdi. İnşa müsabiqəsində 5- 9cu siniflərdən də 25 şagird iştirak etdi.

Previous articleSiyəzən rayonunda ailə dəyərləri mövzusunda tədbir təşkil olundu
Next articleXaçmaz rayonunda “Gənclər arasında ailə dəyərlərinin təbliği, ailə institutlarının inkşafına dair maarifləndirmə tədbirləri” təşkil edildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here