Home QHT Əlillərin sosial müdafiəsinin gücləndirilməsində mexanzimlərin ədalətliliyi və çevikliyinin rolu

Əlillərin sosial müdafiəsinin gücləndirilməsində mexanzimlərin ədalətliliyi və çevikliyinin rolu

144
0

Araşdırma Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatların Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi Azərbaycan Əlillər Cəmiyyəti tərəfindən həyata keçirilən “Sosial xidmətlərin əlçatanlığının müharibə əlillərinə münasibətdə qiymətləndirilməsi, zəif bəndlərin müəyyən edilməsi və həlli yolları” layihə çərçivəsində həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddədinsə deyilir: “Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir”

Artıq iki ildən artıq müddətdir ki, davam edən pandemiya həm qlobal səviyyədə həmçinin lokal səviyyədə iqtisadi münasibətlərin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb oldu. Nəticədə istehsal proesesində fasilələr yaranıb, işsizlik səviyyəsi yüksəlib, inflyasiya nəzarət olunmaz xarakter alıb, xüsusi ilə də ərzaq məhsullarının, gündəlik tələbat mallarının qiymətləri sürətlə bahalaşmaqdadır. Belə bir şəraitdə əhalinin həssas sosial qrupları üçün vəziyyət daha da həssas məcraya daxil olub. Belə ki, son illərdə 614.7 mindən artıq əlilliyi olan şəxs yaxud hər 100 nəfərdən 6 nəfəri günlərini səksəkə içində keçirməkdədir. Çünki, hökumətin əlilliyin təyin edilməsi sahəsində şəffaflığı təmin etmək istəyi bir sıra hallarda qurunun oduna yaşın da yanmasına, başqa sözlə həqiqi əlilliyi olan şəxslərin bu hüquqdan istifadəsi imkanının məhdudlaşmasına səbəb olur.

Məlumdur ki, uzun illər sosial müdafiə mexanizmlərinin tətbiqi prosesində, o cümlədən əlillik və pensiya hüququnun müəyyən edilməsində ciddi qanun pozuntuları müşahidə edilib. Qeyri-rəsmi ödənişlər hesabına saxta hüquqlar satılıb yaxud rüşvət ödəyə bilmədiyi üçün çoxları müvafiq konstitusion hüquqlarından istifadədən məhrum edilib. Son illər isə bu sahədə müəyyən dəyişiklər müşahidə edilməkdədir. Xüsusi ilə əvvəlki idarəedicilərin saxtakarlıqlarının ifşa edilməsi yarışı başlayıb, inspeksiya yolu ilə noqsanların müəyyən edilməsi mümkün olan hallar üzrə yerində “ləğv etmə” qərarının verilməsinə başlanılıb, digərləri üçün isə təkrar qiymətləndirmə əsl həyat imtahanına çevrilib. Əlbətdə ki, saxta sənədlərdən istifadə böyük ictimai ədalətsizlik və qanun pozuntusudur və hökumətin birinic vəzifəsi bu kimi hallarla mübarizədir…

Lakin, sonradan bu məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində mərama, hədəfə və ən əsası isə qiymətləndirmə meyarlarından birinə çevrilməməli idi. Çünki, bu qurumun əsas funksiyası əhalinin fundamental hüquqlarını təmin etmək və dolayısı ilə əlində olan səlahiyyətlərdən istifadə etməklə sosial rifahın daha da yaxşılaşmasını dəstəkləməkdir.  

Təəssüf ki, son illərdə əlilliyin təyin edilməsi və prosesinin şəffaflığının artırılması məqsədi ilə görülən işlər fonunda yaranan konyuktur əlillər və pensiyaçılar üçün aşağıdakı problemlərə səbəb olub:

  1. İllərlə əlliliyi olan şəxslərin əlillik statusu ləğv edilir. Bu zaman əsasən aşağıdakı əsaslandırmalardan istifadə edilir:
  2. Statusun saxta yollarla əldə edilməsi ittihamı,
  3. Əlilliyi şərtləndirən problemin/xəstəliyin aradan qalxması,
  4. Xəstəliyin yaxud onun səviyyəsinin yeni təyinetmə qaydalarına uyğun olmaması.
  5. Əlilliyin verilməsi prosesində süni əngəllər yaradılır:
  6. “Forma 88” adlandırılan sənədin düzgün tərtib edilməməsi,
  7. “Forma 88”-in TSEK-lər tərəfindən alınmamamsı (çatmaması)
  8. Tələb edilən sənədlərin tam olmaması,
  9. Sənədlərin itirilməsi və yaxud arxivlərdən tapılmaması.
  10. Təyinetmə prosesində insanların əvvəlcədən bilmədiyi bir sıra yeni şərtlərin qoyulması:
  11. ildə bir dəfə tibb müəssisəsində stasionar müalicə olunmağı təsdiq edən sənədin tələb edilməsi,
  12. istifadə edilən əczaçılıq məhsullarının reseptləri və alındığını təsdiq edən sənədlər
  13. Ödəmə müddətinin müxtəlif üsullarla azaldılması:
  14. Müraciətlərə baxılma müddətinin bilərəkdən gecikdirilməsi və vətəndaşın müvafiq hüquqlarından istifadə müddətinin süni şəkildə gecikdirilməsi,
  15. Yenidən baxılma müddəti çatdıqda müvafiq ödənişlərin (pensiya, müavinat, təqaüd) dayandırılması və yenidən təyinetmə müddətinin süni əngəllərlə gecikdirilməsi.
  16. Əlçatanlığın zəiflədilməsi
  17. əlillərin ölkənin bütün regionlarından kütləvi şəkildə paytaxtda yerləşən müəyyən tibb müəssisələrinə yonləndirilməsi və yalnız həmin tibb müəssisələrinin təqdim etdiyi sənədləri keçərli hesab edilməsi kimi tələblər uzunmüddətli növbələrin olmasına səbəb olur.

Onu da qeyd edim ki, yuxarıda sadalanan çətinlik və qanunsuzluqlar insanlarda haqlı narazılığa səbəb olur. Belə ki, Bakı sakini İlqar Mehdiyev: “Ucdantutma hamını kəsirlər. Xəstə, əlilliyi olan adama deyirlər ki, xəstəxanada yatmadığına görə sənə əlillik vermirik.” Saatlı rayon sakini Rauf Novruzov yerli mediyaya verdiyi müsahibəsində bildirir: “Dörd aydır ki, pensiyam kəsilib, özüm əliləm, yoldaşım 2-ci qrup əlildir, hər ikimiz ağciyər xəstəliyindən əziyyət çəkirik…Mənə dərman lazımdır, mənə yemək lazımdır, içmək lazımdır, müalicə lazımdır, nə ilə müalicə olum?”. Beyləqan sakini qohumunun 5 yaşlı uşağının epilepsiya xəstəsi olduğunu, təqaüd təyinatı ilə 9 dəfə “müxtəlif bəhanələrlə” imtina cavabı verildiyindən danışır və s.Problemlə əlaqədar minlərlə bu kimi nümaunələr göstərmək olar.

17 mindən çox saxta əlillik, 90 minədək pensiya hüququ ləğv edilib

Əlilliyiyin təyin edilməsi istiqamətində dəyişiklər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni rəhbər təyin edildikdən sonra yəni, 2018-ci ildən başlayıb və elə həmin il 1055 nəfərin əlillik hüququ saxta olması əsası ilə ləğv edilib. Nəticədə 3 milyon manat dövlət vəsaitinə qənaət olunub.

Rəsmilər tərəfindən açılanan məlumatlara görə 2019-cu ildə 3700 nəfərin əlillik statusu ləğv edilib, 117 nəfərin isə əlillik dərəcəsi azaldılıb. Yalnız bu tədbirlər nəticəsində 18 milyon manat büdcə vəsaitinə qənaəti imkanı yaranıb.  

ƏƏSMN-nin yerli mediaya verdiyi açıqlamadan məlum olur 3 il ərzində saxta əlliklə mübarizə tədbirləri çərçivəsində 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib.

Qurunun oduna yaş da yanır

Bu sahədə yaranmış son mənzərə haqlı olaraq sual bir sıra suallar yaradır: Məsələlərin bu yerə gəlməsində əsl günahkarlar kimdir? Vətəndaşmı yoxsa vətəndaşı bu saxta proseslərdə iştiraka təşviq edən korrupsiyaner məmurlar və onların qurduqları mexanizmlərin 10 illərlə davam etməsimi?

Mmüvafi istiqamətlərdə dövlət siyasətini həyata keçirən qurumlar insanların fundamental hüquqlarını, o cümlədən sosial müdafiə sistemlərindən faydalanma hüquqlarını açıq bazarda satarsa, hətta rüşvət qarşılığında haqqı olmayanlara belə bu imkanı yaradarsa bu zaman fərdlərin bu vəziyyətdən yararlanmaq cəhdi qanun pozuntusu deyil, kütlə davranışı kimi xarakterizə edilməlidir. Türklərin məhşur ifadəsində deyildiyi kimi, hər kəsin Mersinə getdiyi zaman birinin tərsinə getməsi nə dərəcədə adekvat davranışdır. Yəni bütün qohum və qonşuların özünüə saxta əlillik statusu satın alıması və bu vəsilə ilə müxtəlif dəstək alətlərindən yararlanması halında Siz özünüzü nə qədər zaman bənzər davranışdan qoruya bilərsiniz?

Digər tərəfdən əgər bu kimi hallar uzun müddət davam edirsə təbii olaraq daha geniş əhatəlilik əldə etmiş olur və bu zaman qanunsuzluq özü-özlüyündə ənənəyə, yaxud ictimai institutlardan birinə çevrilir. Nəticədə ayrı-ayrı insanlar/fərdlər deyil bötövlükdə kütlə müvafiq qanunsuzluğa yuvarlanar. Başqa sözlə sosial davranışın kollektiv/sürü modeli formalaşar, insanlar bu kimi məsələləri artıq qanunsuzluq predmeti kimi deyil, sosial norma kimi qəbul edir və öz davranışlarını biri-biri ilə uzlaşdırırlar.

Yuxarıda da qeyd etdiyimiz kimi, əgər bir insan yaxınlarının, qonşularının bu “fürsətdən” istifadə etməklə daha rahat yaşadığını görürsə və eyni zamanda cəzasızlığın şahidi olursa “O nə üçün bu imkandan istifadə etməsin?” dilemması ilə üzləşir.  

Göründüyü kimi insanları qanunsuzluğa, saxtakarlığa sürükləyən korrupsioner məmurlar və onların yaratdığı sistemlər olur.

Məlumat üçün bildirək ki, əlilliyin müəyyən edilməsi əsasən iki dövlət qurumunun i) Səhiyyə Nazirliyi və ii) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birlikdə həyata keçirdiyi proseslərin kombinasiyasıdır. Təhlillər zamanı aydın olur ki, bu qurumların nümayəndələri öz aralarında centlmen saziş bağlamaqla rüşvət qarşılığında insanlara əlillik dərəcləri təklif edirlər.

Əlillərin sosial müdafiə mexanizmləri ilə əlaqədar digər zəif bənd dərəcələndirmə və buna uyğun olaraq aparılan maliyyə və rifah dəstəyinin real vəziyyətə münasibətdə qeyri adekvatlığıdır. Çünki, mövcud qaydalarla əlilliyi olan şəxslər yalnız 3 kateqoriyada qruplaşdırılır. Başqa sözlə əlilliyi yaradan səbəblər və bu səbəblərin fiziki sağlamlığa vurduğu fəsadlar, bununla yaşamaq zəif diversifikasiya olunur.

Belə ki, mövcud qaydalara uyğun olaraq əlilliyin səviyyəsi üç qrupla hüdudlandırılır. Bu isə bir əksər hallarda adil olmayan müdafiə və təminata səbəb olur. Məsələn, yalnız bir səbəbdən 1-ci qrup əlillik əldə edən vətəndaşla, bir neçə fərqli səbəbdən (hansı ki, hər biri ayrılıqda 1-ci qrup əlillik meyarlarına uyğun gəlir. Məsələn: i) ürəkdaxili trombozla postinfarkt anevrizma və ii) tənəffüs orqanlarının aktiv vərəmi) 1-ci qrup əlillik statusu verilən vətəndaş eyni məbləğdə müavinat, pensiya və yaxud təqaüd alma hüququ əldə edir. Reallıqda isə bu şəxslərin xərcləri, o cümlədən səhiyyə və sağlamlıq xidmətləri üzrə xərcləri kəskin səviyyədə fərqlidir.

Başqa bir məsələ isə əlilliyin təyin edilməsi prosesində məhsuliyyət amilinin zəif təsis edilməsidir. Məsələn, əlilliyin təyin edilməsi müraciətinə imtinaların “Forma 88”-in düzgün tərtib edilməməsi ilə əsaslandırılması halı çox geniş yayılıb. Təkrar müraciətlər isə yenidən aylarla vaxt alır və bu zaman eyni cavabın verilməyəcəyinə kimsə təminat vermir.  Hansı ki, “Forma 88” müvafiq səhiyyə müəssisələsi tərəfindən tərtib edilərək elektron sistemə daxil edilir. Sənədin doğru tərtib edilməməsində vətəndaşın heç bir günahı yoxdur. Bununla belə mövcud qaydalarda “Forma 88”-in düzgün tərtib edilməməsi hallarının qarşısının alınması üçün səhiyyə müəssisəsi qarşısında heç bir məhsuliyyət müəyyən etmir. Bu isə müvafiq nöqsanların sonsuz artımına səbəb olur.

Bu yazıda diqqətə çatdırmaq istədiyimiz problemlərin həlli məqsədi ilə bir sıra təkliflərin nəzərə alınması tövsiyyə edilir.

Diferensiallığın dərinləşdirilməsi – əlillik statusunun 3 dərəcə və hər bir dərəcə üzrə 3 və 4 səviyyə ilə ölçülməsi tövsiyyə edilir. [Bax: Şəkil 1].

Şəkil 1: Əlillik səviyyəsinin müəyyən edilməsi üçün təklif edilən yeni qruplaşdırma

Qrup  Alt qrupFiziki sağlamlığın itirilməsi səviyyəsi
 Aşağı40%
1-ci dərəcə:Orta50%
 Yüksək60%
   
 Aşağı65%
2-ci dərəcə:Orta70%
 Orta yüksək75%
 Yüksək80%
   
 Aşağı85%
3-cü dərəcə:Orta90%
Orta yüksək95%
 Yüksək100%

Yuxarıda qeyd edilən təklif o zaman səmərəli olacaqdır ki, müvafiq sosial müdafiə mexanizmləri, o cümlədən Əmək pensiyaları haqqında” Qanun, “Sosial müavinətlər haqqında” Qanun, Prezident təqaüdləri haqqında hüquqi çərçivə (Sərəncamlar) əlillik səviyyəsinin yeni qrup və alt qruplarına  uyğun olaraq diferensiallaşdırılsın. Başqa sözlə hər dərəcəyə uyğun səviyyədən asılı olaraq fərqli məbləğlərdə pensiya, müavinət və təqaüd məbləğləri müəyyən edilməlidir. Beləliklə də əlilliyi olan şəxslər üçün ədalətli təminat mexanizmi yaradıla bilər. 

Məhsuliyyətin və cavabdehliyin təsbit edilməsi – təyinetmə prosesində vətəndaşın səhlənkarlığından baş verməyən gecikmələrə görə dövlətin aidiyyatı qurumunun kompensasiya ödəməsi mexaniznin yaradıla bilər. Nu yolla vətəndaşın nöqsanı səbəbindən baş verməyən gecikmələrdən itkilər əvəzləşdirilə, eyni zamanda aidiyyatı qurumlarının məhsuliyyətliliyi arta bilər.

Previous articleQarabağ Azərbaycandır!” Rəsm və İnşa müsabiqələri davam edir
Next articleXaçmaz rayonunda sosial xidmətlərin əlçatanlığının həlli yolları mövzusunda tədbir keçirildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here