Home DİN Samuxda qətl: həmyerlisini bıçaqlayaraq öldürdü

Samuxda qətl: həmyerlisini bıçaqlayaraq öldürdü

192
0

Aprelin 18-i saat 23 radələrində Samux rayonu, İstixana qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elşən Sadıqovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Samux Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla zərərçəkmişin həmyerlisi, 1973-cü il təvəllüdlü Habil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Elşən Sadıqovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Habil Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Previous articleNeft bahalaşdı
Next articleAbşeronda itkin düşən gənc qız axtarılır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here