Home QHT Müxrəlif xəstəlikdən əziyyət çəkən uşaqlar üçün tədbir təşkil olundu

Müxrəlif xəstəlikdən əziyyət çəkən uşaqlar üçün tədbir təşkil olundu

199
0

Ta qədimdən xalqımız öz xeyrxah əməlləri ilə seçilmişdir.

Yaşlıya,yoxsula,xəstəyə əl tutmağı özlərinə müqəddəs borc bilmişlər.

Ulularımızın bizlərə miras qoyduqları nəcib əməllər əsrlər keçsədə xalqımız tərəfindən bu gündə qorunub saxlanılır.Bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox ehtiyac duyduğu məsələ xeyrxahlıq və mərhəmətdir.

Milli,mənəvi və dini dəyərlərimizin qorunmasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna rolu vardır.Dahi şəxsiyyətin bizlərə nəsiyyəti hər bir sahədə həmrəyliyimizin və birliyimizin qorunmasıdır.

Bu gün bu misiyanı ölkəmizdə davam etdirən çoxlu sayda xeyrxah insanlar var.Bu insanlaradan biri də Sumqayıt Plaza Hotel MMC-nin rəhbəri Elnarə İmaməliyevadır.

Müqəddəs Ramazan ayında sağlamlıq imkanları məhdud uşaqları sevindirmək məqsədi ilə 17 aprel tarixində “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyinin 25 -ə yaxın üzvünün geniş məkanda rahat əylənməsi üçün rəhbərlik etdiyi müəssisədə onlar üçün könül xoşluğu ilə yer ayırmışdır.

Müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların birgə əylənməsi valideynlərinə sevinclı analr yaşatmışdır.

Bu uşaqlar “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirdiyi “Autizm spektri pozuntusu, daun sindromu və müxtəlif xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına dəstəyin göstərilməsi” adlı layihəsinə cəlb olunmuş uşaqlardır.

İctimai Birliyin sədri Zeynəb Hacıyeva göstərdiyi dəstəyə görə Sumqayıt Plaza Hotel MMC-nin rəhbəri Elnarə İmaməliyeva dərin təşəkkürünü bildirmişdir.

Previous articlePaşinyan üçün gərgin gün: Putin nə tələb edəcək?
Next articleNeft bahalaşdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here