Yəmən Prezidenti Əbdürabbu Mənsur Hadi istefa verib.
Sosialxəbər.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Bildirilir ki, Səudiyyə Ərəbistanı hakimiyyəti Hadini istefaya getməyə və səlahiyyətlərini İdarəetmə Şurasına təhvil verməyə məcbur edib.
Bəzi mənbələrə görə, Səudiyyə rəsmiləri Hadini hakimiyyətdən getməyə razı salmağa çalışaraq, onun korrupsiya fəaliyyəti ilə bağlı iddia edilən sübutları yaymaqla hədələyiblər.
Hazırda prezidentin faktiki olaraq ev dustaqlığında olduğu bildirilir.