Home QHT Əkrəm Bəydəmirli: “Təbliğatın çox incə metodologiyaları var”

Əkrəm Bəydəmirli: “Təbliğatın çox incə metodologiyaları var”

188
0

Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Zəfər tariximizə postmüharibə dövründə Vətəndaş Cəmiyyətinin töhfəsi” layihəsini həyata keçirir.

QHT-nin sədri Əkrəm Bəydəmirlinin Sosialxəbər.az-a verdiyi məlumata görə, layihə çərçivəsində “Virtual Qarabağ” elektron bazasının yaradılması nəzərdə tulmuşdu. Artıq bu resurs yaradılıb. 5 dildə fəaliyyət göstərən www.fact-info.az saytınının tərkibində “Virtual Qarabağ” elektron bazasının təkmillləşdirilməsi üzərində çalışırıq. Təbliğatın çox incə metodologiyaları var. Dünyanın başa düşə biləcəyi formada və dildə real faktları çox fərqli formada ortalığa qoymaqla beynəlxalq ictimaiyyəti yetərincə məlumatlandırmaq əsas hədəflər sırasındadır. “Virtual Qarabağ” elektron bazası xarici auditoriya üçün daha əlçatan olacaq. Azərbaycanın ümumilikdə Qarabağın mədəniyyəti, tarixi və bu günü haqqında daha zəngin mənbə formalaşdırmaq hədəfdədir.

Previous article“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i növbəti tədbirini keçirib
Next articleHemofiliya və digər qeyri infeksion genetik xəstəliklərə həsr edilmiş elmi-praktik konfrans keçirildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here