Home QHT Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İB növbəti tədbir keçirib – FOTOLAR

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İB növbəti tədbir keçirib – FOTOLAR

250
0

Bu gün Bakının İçəri şəhər ərazisində yerləşən “Şah Palace” otelində Səhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyin təşkilatçılığı ilə “44 günlük vətən müharibə zamanı arxa cəbhədən ön cəbhəyə dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Sosialxəbər.az – a İctimai Birlikdən verilən məlumata görə, layihənin məqsədi Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərini dünya miqyasında tanıdılması işində xüsusi xidmətləri olan şəxslər barəsində geniş ictimaiyyətə məlumat vermək və onların fəaliyyətini qiymətləndirməkdir.

Tədbiri giriş sözü ilə açan təşklatın sədri Rövşən Ağamalıyev iştrakçıları salamlayıb, 44 günlük müharibədə əldə edilən möhtəşəm Qələbədən danışıb, İctimai Birlik tərəfindən hazırlanan medalların kimlərə və hansı xidmətlərinə görə verildiyi barədə məlumat verib. R.Ağamalıyev xüsusi olaraq vurğulayıb ki, 3000-ə yaxın şəhidlərimizin hər birinin adına bu medallardan hazırlanacaq.

Bundan sonra Təşklatın Nəzarət Təftiş komisiyasının sədri Niyaməddin İbrahimov, təşklatın qadınlar şurasının sədri Nəcibə Ağamalıyeva, şəhid Fəxrəddin Qurbanlının atası Sefəddin Qurbanov, Beynəlxalq Əlillər Cəmiyyətin sədri Tahir Xudiyev və şəhid anaları çıxış edərək həm dövlətimizin, həm də cəmiyyət institutlarının həssas qrupdan olan insanlara, xüsusən də şəhid ailələrinə hörmət və ehtiramı, diqqət və qayğısı qənaətbəxşdir.

Çıxışlardan sonra təltiflər başlayıb. “Vətənə xidmət edirəm” medalları ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, təbliğğində xüsusi xidmətlərinə görə, Əməkdar incəsənət xadimi, modelyer-dizayner Fəxriyyə Xələfova, Fransa vətəndaşı, əslən azərbaycanlı olan, hərbi müxbir, fotoqraf Rza Diqqəti təltif olunublar.

Hər iki şəxs Fəxriyyə Xələfova və Rza Diqqəti təltif olmala yanaşı eyni vaxtda da Səhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin Fəxri üzvlüyunə qəbul ediliblər. Təltif olunanlar öz növbələrində onların fəaliyyətinə verilən bu yüksək qiymətə görə, təşklatın ünvanına xoş sözlərini çatdırıblar. Əlavə ediblər ki, göstərilən bu etimadı doğruldacaqlar.

Sonra sosiloq Leyla Orucova vətənpərvərliyinə görə Fəxri Fərmanla, 3 saylı respublika xüsusi təyinatlı sağlamlıq imkanları məhdud məktəbin müəlliməsi Günel Kərimova Fəxri Diplomla təltif olunublar. Bununla da tədbir başa çatıb.

Previous articleBakıda avtobusda cibgirlik edən şəxs tutulub
Next articleAzərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi layihə çərçivəsində tədbir keçirib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here