Home Hadisə Lənkəran rayonunda 61 yaşlı kişi özünü asıb

Lənkəran rayonunda 61 yaşlı kişi özünü asıb

979
0

Lənkəran rayonunda 61 yaşlı kişi özünü asıb.

Sosialxəbər.az “Report”a istinadən məlumatına görə, hadisə rayonun Gəgiran ərazi nümayəndəliyinə aid Diryan kəndində baş verib.

Belə ki, bədən tərbiyəsi müəllimi, 1961-ci il təvəllüdlü Allahyar Qasım oğlu Rəhmətovun kəndə yaxın meşə ərazisində meyiti tapılıb.

Yaxınlarının sözlərinə görə, dünən gecədən evə qayıtmadığından ailə üzvləri onu axtarıb və meyitini meşəlik ərazidə asılmış vəziyyətdə aşkar ediblər.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Previous articleAzərbaycan iqtisadiyyatı heyranedici nəticələr əldə edib – Teys
Next articleBakıda avtobusda cibgirlik edən şəxs tutulub

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here