Home DİN Bakıda avtobusda cibgirlik edən şəxs tutulub

Bakıda avtobusda cibgirlik edən şəxs tutulub

265
0

Bakıda avtobusda cibgirlik edən şəxs tutulub.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə Binəqədi qəsəbə sakini A.Cabbarovanın 170 manat pulunun, şəxsiyyət vəsiqəsi və bank kartının çantasından oğurlanması barədə müraciət daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Manafov müəyyən edilərək saxlanılmışdır.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Binəqədi rayonu ərazisində marşrut avtobuslarında daha bir qadının və bir kişinin ciblərindən pul, bank kartları və sənəd olan pulqabılarını oğurlaması da müəyyən edilmişdir.

Araşdırma aparılır.

Previous articleLənkəran rayonunda 61 yaşlı kişi özünü asıb
Next articleŞəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İB növbəti tədbir keçirib – FOTOLAR

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here