Home Dünya Azərbaycan iqtisadiyyatı heyranedici nəticələr əldə edib – Teys

Azərbaycan iqtisadiyyatı heyranedici nəticələr əldə edib – Teys

83
0

Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. İclasda dövlət başçısı qeyd edib ki, birinci rübdə Azərbaycanda ümumi daxili məhsul 6,8 faiz artıb, üç ayda xarici ticarətin müsbət saldosu 5 milyard dolları ötüb, və il ərzində xarici borcu 600 milyon dollardan çox azaltmağa nail olunub.

Sosialxəbər.az xəbər verir ki, bu faktı Trend-ə şərh edən amerikalı analitik İrina Tsukerman bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ölkədə iqtisadiyyatın yüksəlməsinə və həyat keyfiyyətinin yaxşılaşmasına töhfə verir.

Azərbaycanın iqtisadi artımını şərtləndirən amillərdən danışan ekspert vurğulayıb ki, ölkənin işğal olunmuş 20 faiz ərazilərinin azad edilməsi ilə minalardan təmizləmə və yenidənqurma işləri iqtisadi fəallığa təkan verib.

Bundan əlavə, ekspertin fikrincə, Avropada enerji böhranı şəraitində Azərbaycan vacib enerji təchizatçısı kimi regionda mühüm rol oynayaraq, neft və qazın qiymətlərinin qalxması fonunda gəlirlərinin artırır.

“Üçüncüsü, bilavasitə Avropa İttifaqı ilə müsbət əlaqələri və qonşuları ilə əlaqə yaratmaq səylərinin nəticəsi olaraq, Azərbaycan regional və qlobal problemlərin həllində artan rol oynayır ki, bu da həm insan potensialını stimullaşdırır, həm də investisiyaların cəlb edilməsinə və ölkəni beynəlxalq maliyyə institutları qarşısında müsbət tərəfdən təqdim etməyə kömək edir.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın qeyri-enerji sektoru inkişaf edir, bu isə o deməkdir ki, Azərbaycan öz iqtisadiyyatını uğurla şaxələndirir. Digər tədqirəlayiq məsələ isə Prezident İlham Əliyevin 2018-ci ildən başlayaraq vergi sistemində, təhsildə, kənd təsərrüfatında, kəndlərin inkişafı, energetika sahələrində həyata keçirdiyi iqtisadi islahatlardır”, – analitik bildirib.

Onun sözlərinə görə, yeni hökumətin üzvlərinin təyinatından sonra həm enerji, həm də qeyri-enerji sektorunda ümumilikdə iqtisadi islahatlara diqqət yetirilib.

“2019-cu ildən təhsilə daha çox vəsait ayrılıb ki, bu da əmək bazarına daha peşəkar mütəxəssislərin daxil olmasına gətirib çıxarır. Həmçinin səhiyyə sektorunda da inkişaf müşahidə olunur, burada insan kapitalının genişlənməsi var. Hökumət iqtisadiyyatın inkişafına və həyat keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verən aparıcı sahə və sektorları uğurla inkişaf etdirir. Bu baxımdan Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi mühüm rol oynayır”, – deyə İrina Tsukerman bildirib.

Öz növbəsində amerikalı ekspert Piter Teys bildirib ki, vətənpərvərlik, iri infrastruktur layihələrinin həyata keçirilməsində liderlik Azərbaycanın güclü tərəfləridir, və Prezident İlham Əliyev isə Avrasiya ölkələrinin dövlət başçıları arasında ən dinamik (enerjili, təşəbbüskar, aktiv) Prezidentdir.

“Füzuli Beynəlxalq Hava Limanının, Ağdam Sənaye Parkının tikintisi və açılışı, kənd təsərrüfatının gücləndirilməsi və regional enerji layihələrinin təşviqi Azərbaycanın 2022-ci ilin birinci rübündə müsbət iqtisadi göstəricilərinin əsas mənbəyidir”, – P.Teys vurğulayıb.

O, qeyd edib ki, Avropa İttifaqı və Avropa Komissiyası Azərbaycanda həyata keçirilən bu iqtisadi səylərdən xəbərdardır və Prezident İlham Əliyevin müstəsna müdrikliyi Brüssel və Strasburqda vurğulanıb.

Prezident İlham Əliyevin geniş dünyagörüşü, qətiyyəti, mətanəti və müsbət enerjisi olan dövlət xadimi olduğunu qeyd edən ekspert bildirib ki, bütün bunlar əhəçiyyətli iqtisadi nəticələr əldə etməyə kömək edib.

“Azərbaycan hökumətinin yeksək səviyyətə həyata keçirilən fəaliyyəti sayəsində Azərbaycan iqtisadiyyatı heyranedici nəticələr əldə edib və ölkədə korrupsiyaya qarşı mübarizə çox uğurla aparılır. Azərbaycan beynəlxalq bazarlarda öz iştirakını genişləndirməkdə davam edəcək və milli iqtisadiyyatın daha da inkişafı, şübhəsiz ki, Azərbaycan vətəndaşlarının rifahını yaxşılaşdıracaq”, – Piter Teys qeyd edib

Previous articleTunisdə içərisində Azərbaycan vətəndaşları olan gəmi batdı
Next articleLənkəran rayonunda 61 yaşlı kişi özünü asıb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here