Home Sağlamlıq TƏBİB sədrindən müjdə: Çox yaxın vaxtda…

TƏBİB sədrindən müjdə: Çox yaxın vaxtda…

1266
0

Ötən gün Operatov Qərargah tərəfindən ölkəmizə daxil olan bütün şəxslər üçün PCR testi ilə bağlı tələblər açıqlandı. COVID-19-la bağlı tələblər növbəli şəkildə aradan qaldırılır.

Sosialxəbər.az xəbər verir ki, bunu jurnalistələrə açıqlamasında Tibbi Əraziləri İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, PCR testlərinin ləğvi həm də ölkəmizdə COVID-19 infeksiyasının yayılması tezliyi ilə tənzimlənən bir haldır:

“Bir çox məhdudiyyətlərin aradan qaldırılması müvafiq qurumlar tərəfindən dəyərləndirilir və bundan sonra həyata keçirilir. Ümid edirəm ki, çox yaxın vaxtda verilən təkliflər barədə də qərar veriləcək və digər məhdudiyyətlər də aradan qaldırılacaq”.

O qeyd edib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı ən effektiv tədbirlər həyata keçirən ölkələrdən biridir:

“Buna görə də sağalma faizi ən yüksək, ölüm faizi isə ən aşağı səviyyədədir. Bununla bağlı bütün tədbirlər həyata keçirilir. COVID-19 pandemiyası ölkəmizdə tam nəzarət halındadır. Qərarlar qəbul olunan zaman sağalma və ağırlaşma vəziyyətləri nəzərə alınır. Biz həm tibb müəssisələrində, həm də evdə müalicə alan xəstələrlə bağlı hazırlıqlı vəziyyətdəyik”.

Previous articleMİDA-nın “5 saniyə fırıldağı”na görə cinayət işi açıldı
Next articleSamir Şərifovun I müavini vəfat etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here