Home Cəmiyyət Rəşad Nəbiyevə yeni vəzifə verildi

Rəşad Nəbiyevə yeni vəzifə verildi

192
0

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyevə Beynəlxalq Cüdo Federasiyasında (İJF) yeni vəzifə verilib.

Sosialxəbər.az İJF-nin rəsmi saytına istinadən xəbər verir ki, o, ali cüdo qurumu nəzdindəki Yeni Texnologiya və Yüksək Keyfiyyət Komissiyasının sədri təyin olunub.

Komissiya daha yüksək nəticələrə imkan yaratmaq üçün müasir texnologiyalar, onların idmançıların mənafeyi naminə uyğunlaşdırılması və və tətbiqi ilə məşğul olacaq.

Komissiyanın direktoru gürcüstanlı idmançı, məşqçi və menecer kimi cüdoda təcrübəsinə malik David Kevxişvili olacaq.

Sədr və direktor cüdonu inkişaf etdirəcək, bu növün inkişafında yardımçı olacaq, həmçinin onu idmançıların fərdi irəliləyişi, elə də cəmiyyətin xeyrinə müasir vasitə kimi inteqrasiya etdirəcək.

Qeyd edək ki, Rəşad Nəbiyev ACF prezidenti vəzifəsinə 2021-ci il noyabrın 1-də seçilib.

Previous articleMedvedçukun başına nəsə gəlsə… – Rusiya hədələdi
Next articleSabunçu-Zabrat yolunda qəza baş verib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here