Home Qarabağ Bakı bu əraziləri də öz nəzarətinə götürdü – Mnatsakanyan

Bakı bu əraziləri də öz nəzarətinə götürdü – Mnatsakanyan

71
0

Azərbaycan Ordusu Qarabağda bir neçə strateji əhəmiyyətli nöqtəni bircə atəş açmadan öz nəzarətinə götürüb.

Sosialxəbər.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Ramella Mnatsakanyan bölüşüb.

Erməni ekspertin sözlərinə görə, dünya birliyi isə tamamilə Azərbaycanın tərəfindədir.

“Bu məntiqlidir. Bakı 44 günlük müharibə dövründə öz gücünü bütün dünyaya göstərdi, indi isə təbii qaz amilindən öz maraqlarını irəli çəkmək üçün istifadə edir.

Bəs bizdə? Yalnız özümüzə onunla təskinlik tapaq ki, dünyanın başqa ölkələrində bizdən betər hakimiyyətlər də mövcuddur – Ukrayna və yaxud Rusiya misalında.

Ermənistanın bəlası ondadır ki, bizdə heç müxalifət də yoxdur. Ümumiyyətlə sıfır.

Baş nazir Paşinyanı istənilən qədər tənqid etmək olar, o, həqiqətən də çox səhvlər edib. Amma gəlin, özümüzü onun yerinə qoyaq və sual verək: vəziyyəti necəsə dəyişmək olarmı? Cavab aydındır – artıq mümkün deyil”, – o bildirib.

Onun sözlərinə görə, Bakı Qarabağda yeni əraziləri öz nəzarətinə götürür:

“Bu, Rusiya sülhməramlılarının və dünya birliyinin tam razılığı şəraitində baş verir. Yaxın vaxtlarda Rusiya sülhməramlılarının nəzarətində olan bütün Qarabağ əraziləri Azərbaycanın nəzarətinə keçəcək, ruslar isə bu torpaqlardan ümumiyyətlə çıxacaqlar”.

Previous articleAlkoqollu içkilər bahalaşacaq
Next articlePaşinyandan Qarabağ və müharibə haqda – Sensasion etiraflar

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here