Home Cəmiyyət Nazirdən ərzaq məhsulları ilə bağlı açıqlama

Nazirdən ərzaq məhsulları ilə bağlı açıqlama

113
0

Azərbaycanda daimi monitorinq mexanizmləri mövcuddur və gündəlik əsasda ərzaq, un, şəkər tozu və bir sıra digər məhsullar üzrə gündəlik anbar qalıqlarını sahibkarlıq subyektləri və dövlət agentləri ilə birlikdə monitorinq edilir.

Sosialxəbər.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş və bu ilin I rübünün yekunlarına həsr olunmuş müşavirədə bildirib.

“İkinci istiqamət qanunvericilik tənzimlənməsidir. Bununla bağlı bir sıra qərarlar, son olaraq Nazirlər Kabinetinin qərarı qəbul edilibdir. Biz hazırda belə bir rejim tətbiq edirik ki, o balans təmin etsin. Başqa sözlə, Azərbaycanda istehsal olunmayan və bizim idxaldan asılılığımız yüksək olan məhsulların ölkədən ixracı xüsusi nəzarət rejimi ilə həyata keçirilir. Eyni zamanda, sahibkarlıq subyektlərinin ixrac potensialının azalmaması və ixrac bazarlarının itirilməməsi üçün biz ölkədə istehsal olunan və yaxud istehsal potensialı olan məhsullara dair analoji şəkildə həmin çərçivədə fəaliyyəti tənzimləyirik ki, bu fəaliyyət də uyğun olaraq həyata keçirilə bilsin”, – deyə o, əlavə edib.

Previous articlePrezident: Orduya nə qədər pul lazımdırsa…
Next articleBakı nefti bahalaşdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here