Home Cəmiyyət Hər zaman BMT-nin əsas prinsiplərinə sadiq olmuşuq – Nazir

Hər zaman BMT-nin əsas prinsiplərinə sadiq olmuşuq – Nazir

193
0

BMT-yə üzv qəbul olunduqdan sonra Azərbaycan daim təşkilatın əsas prinsiplərinə sadiq olub.

Sosialxəbər.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən BMT modeli üzrə konfransın açılış mərasimində bildirib.

O, sözügedən konfransın BMT-Azərbaycan münasibətlərinin 30 illiyinə həsr olunmuş silsilə tədbirlərdən biri olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycan BMT-nin sülhməramlı missiyalarında iştirak edib, pandemiya zamanı dəstəyini nümayiş etdirib:

“Azərbaycan həmçinin Qoşulmama Hərəkatına rəhbərlik edir. Koronavirusla paralel olaraq, dünya müxtəlif çağırış və problemlərlə də üzləşir. Bu baxımdan, Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində bütün təşəbbüsləri və fəaliyyəti çox vacibdir”.

C.Bayramov bu cür simulyasiya konfranslarının tələbələrə BMT-nin fəaliyyəti haqqında daha çox öyrənmək və gələcəkdə yaxşı diplomatlar olmaq imkanı verir.

Previous articleBakı nefti bahalaşdı
Next articleSərhədlər dəqiqləşir: 1974-cü il xəritəsi həqiqəti əks etdirmir!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here