Home QHT QHT Agentliyinin dəstəyi ilə Qazilər Lahıcda oldular      – FOTOLAR

QHT Agentliyinin dəstəyi ilə Qazilər Lahıcda oldular      – FOTOLAR

258
0

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyi “Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli  yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsini icra edir. 
İlk tədbir bir qrup qazininin Bakı şəhərində və ətrafında olan tarixi yerlərə səyahətlə başlayıb. Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri , Layihə rəhbəri Şəbnəm Rəfaelqızının mətbuata verdiyi məlumata görə “Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli  yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsinin ikinci tədbiri 9 aprel 2022-ci ildə İsmayıllı rayonuna  səyahətlə baş tutub. Layihə rəhbərinin məlumatına görə qazilərin İsmayıllı səfərində 20 nəfər nəzərdə tutulsa da, 28 nəfər iştirakçı gözlənilsə də 32 nəfər iştirak etdi. İştirakçılar səhər saat 7.00-də xüsusi ayrılmış avtobusla  İsmayıllıya hərəkət etdilər.Saat 9.00-da Şamaxı rayonu ərazisində səhər yeməyindən sonra Şəhid bulağını ziyarət etdilər. 
Daha sonra İsmayıllı rayonunun Lahic qəsəbəsinə yollandılar. Lahıc qəsəbəsində maraqlı anlar yaşayan qazilər Layihə rəhbəri Şəbnəm Rəfaelqızına minnətdarlıq bildiriblər. O, isə bu xoş günə , onlara göstərilən qayğıya görə Azərbaycan Dövlətinə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlıq bildirilməli olduğunu qeyd etdi. Çünki ictimai birliyin icra etdiyi layihə məhz onlar tərəfindən dəstəklənib. Maraqlı anlardan biri isə Lahıcda çəkilən  filmə qazilərdən birinin kiçik rol alması oldu. Əslində səyahət müddətində qazilər psixoloji cəhətdən bir qədər yüngülləşdilər. Bunları həm psixoloqlar Vəfa Abbasova, həm də Könül Abbasova, qazilər özləri də dilə gətirdilər. İcra edilən layihənin məqsədi də bu idi. Saat 13.00-da günorta yeməyi yeyən səyahət iştirakçıları üçün maraqlı məkan təşkil olunmuşdu. 
Psixoloqların dediyinə görə stress yaşamış insanlar mütləq məkan dəyişməli, təbiətdə olmalıdılar.  Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri Şəbnəm Rəfaelqızı və layihə icraçıları da məhz bu nüansları nəzərə almışdılar. Azərsu ASC-nın nümayəndəsi Günay Məmmədli qazilər adından minnətdarlıq bildirdi. Qeyd etdi ki, səhər avtobusa minəndə və yolda qazilərin nə qədər qayğılı olduqları üzlərindən görünürdü. Amma səyahət başladı və onlarda böyük dəyişilkliklər baş verdi. Avtobusda səssiz oturanlar artıq hərəsi maraqlı söhbətlər edir, cəbhə xatirələrindən danışaraq qəhrəman oğulların adlarını çəkirdilər. Psixoloqlar qruplarla, ayrılıqda qazilərlə test söhbətlər apardılar. Qazilər layihə rəhbərindən xahiş etdilər ki, belə görüşlər çox təşkil olunsun. Onlar ictimai birliyin layihələrində, tədbirlərində könüllü iştirak etmək istəyirlər. Saat 17.00-da Bakıya dönüşdə çay süfrəsi düzənləndi. Artıq hamı bir-birinə qaynayıb-qarışmışdı. 
Qeyd edək ki, səyahətdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Rövşən Həmidli, QHT rəhbərləri Mətanət Əsgərqızı, Səbinə Kərimova, layihə rəhbərinin köməkçisi Aysunay Həsənova, jurnalistlər Zəhra Qədirova, Cavid Əhmədoğlu da iştirak edirdilər. Bildirildi ki, səfər foto və video lentə alınıb. Video-çarx hazırlanacaq, bütün iştirakçılara çatdırılacaq. Beləliklə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə  Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin “Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli  yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsinin bir tədbiri də icra olundu.

Previous articlePensiya alanların nəzərinə!
Next article“Sağlam həyat, sağlam gələcəkdir” lahiyəsinin hesabat mərhələsinə dair məlumatları

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here