Home Mədəniyyət Azərbaycandakı gürcü teatrının təsisçisi VƏFAT ETDİ

Azərbaycandakı gürcü teatrının təsisçisi VƏFAT ETDİ

1797
0

Qax Dövlət Gürcü Dram Teatrının təsisçisi və direktoru Anzor Dolencaşvili vəfat edib.

Sosialxəbər.az “Report”a istinadən yerli bürosu xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 67 yaşında dünyasını dəyişib.

Gürcüstan patriarxı II İlya, Şota Rustaveli adına Dövlət Teatr və Kino Universiteti A.Dolencaşvilinin vəfatı ilə bağlı başsağlığı veriblər.

Qeyd edək ki, Qax Dövlət Gürcü Dram Teatrı Gürcüstandan kənarda olan yeganə teatrdır. 2020-ci ildə teatrın 40 illik yubileyi qeyd edilib.

1980-1981-ci illərdə Azərbaycanın Qax rayonunun Əlibəyli kəndinin Mədəniyyət evində gürcü dram dərnəyi yaradılıb. Daha sonra A.Dolencaşvili İlya Çavçavadze adına Gürcü Peşəkar Teatrı təsis edib. Hazırda teatrın truppası 20 nəfərdən ibarətdir.

A.Dolencaşvili gürcü mədəniyyətinin təbliğindəki xüsusi xidmətlərinə görə bir sıra mükafatlara layiq görülüb.

Previous articleABB ağacəkmə aksiyasında iştirak etdi
Next articlePensiya alanların nəzərinə!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here