Home Cəmiyyət ABB ağacəkmə aksiyasında iştirak etdi

ABB ağacəkmə aksiyasında iştirak etdi

201
0

ABB aprelin 11-də Bakı şəhərinin Müşfiqabad qəsəbəsində təşkil olunan “Yaşıl Marafon” ağacəkmə aksiyasına qoşulub. IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasında ölkəmizdəki maliyyə assosiasiyaları iştirak edib.

Sosialxəbər.az xəbər verir ki, ağaclar Müşfiqabad qəsəbəsində meşə massivinin salınması məqsədilə ayrılmış 51 hektarlıq sahədə əkilib. Müvafiq assosiasiyaların maliyyə dəstəyi ilə ərazidə damla-sulama sistemi qurulub.

Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər nazirinin, ABA rəhbərliyinin, bank menecerlərinin iştirak etdiyi aksiyada ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da iştirak edib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Previous articleZaqatala polisindən əməliyyat: narkotacir tutuldu
Next articleAzərbaycandakı gürcü teatrının təsisçisi VƏFAT ETDİ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here