“Bizim şəhər”Sumqayıt Sosial İnkişaf Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sumqayıt orta məktəblərində Zəfər tarixi ilə bağlı maarifləndirmə işinin dəstəklənməsi” layihəsi çərçivəsində Rəsm və İnşa müsabiqələrinin ilk tədbirini Sumqayıt 1 №-li tam orta məktəbində keçirdi.
Bu barədə Sosialxəbər.az – a birliyin sədri, layihə rəhbəri Mətanət Zeynalova məlumat verib. Onun sözlərinə görə Məktəbin ibtidai sinifləri arasında “Qarabağ Azərbaycandır !”devizi altında Rəsm müsabiqəsində 25 şagird iştirak etdi.
Bu deviz altında İnşa müsabiqəsində isə 5-9-cu siniflərdən 25 şagird iştirak etdi.Hər iki müsabiqədən yaxşı çəkilmiş 10 rəsm və yaxşı yazılmış10 inşa yazısı seçiləcək.



