Home QHT Füzuli rayonunda pensiya təminatı arasında adekvatlığın gücləndirilməsi mövzusunda müzakirə keçirildi

Füzuli rayonunda pensiya təminatı arasında adekvatlığın gücləndirilməsi mövzusunda müzakirə keçirildi

60
0

Sosialxəbər.az xəbər verir ki, Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Füzuli rayonunda icra etdiyi “Pensiya təminatı mexanizminin yeni çağırışlara uyğunlaşdırılması, istehlak bazarı və pensiya təminatı arasında adekvatlığın gücləndirilməsi” mövzusunda müzakirə-dinləmə keçirilmişdir.

Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elşən Hüseynov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlak bazarına nəzarət şöbəsinin Regional bölmələrlə iş sektorunun müdiri Samir Əliyev, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 7 saylı regional bölməsinin müdiri Məqsəd Babayev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qarabağ Regional filialının rayon şöbəsinin müdiri Vüqar Pənahov, pensiya yaşına çatmış və çatmamış şəxslər iştirak etmişdi.

Tədbiri ilk öncə Layihənin rəhbəri Elnarə Məhərrəmova layihənin donoru və layihə haqqında məlumat verdi.

O, həmçinin qeyd etdi ki, tədbirin paytaxt və regionlarda təşkil edilməsində məqsəd, movcud vəziyyətin icma iqtisadiyyatlarının, o cümlədən əmək bazarının, əmək haqqı səviyyəsinin fərqli inkişaf səviyyəsində olduğu bölgələrdə pensiya sisteminin təsirlərinin daha dəqiq qiymətləndirilməsidir.

Layihənin eksperti Rəşad Həsənov çıxış edərək layihə haqqında geniş və ətraflı məlumat verərək qeyd etdi ki, ölkədə yoxsulluqla mübarizədə, əhalinin sosial təminatının formalaşdırırlması istiqamətində müxtəlif mexanizmlər var və pensiya da bu mexanizmlərdən ən əhəmiyyətlisidir.

O, həmçinin qeyd etdi ki, tədbirdə iştirak edən pensiya yaşına çatmamış şəxslər e-gov.az elektron hökumət portalına daxil olaraq, ödəniləcək pensiya məbləğini hesablaya bilərlər.

Tədbirə dəvət olunmuş Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlak bazarına nəzarət şöbəsinin Regional bölmələrlə iş sektorunun müdiri Samir Əliyev geniş çıxışında qeyd etdi ki, dünyada baş verən iqtisadi və siyasi hadisələr nəticəsində qlobal və idxal bazarlarında ərzaqlıq buğdanın qiymət artımı müşahidə olunur.

Bununla belə, ölkədə bayramqabağı ərzaq məhsullarına tələbatın yüksəlməsi fonunda yerli un və un məhsulları satışı bazarında mövcud vəziyyətdən sui-istifadə hallarının və qiymətlərin əsassız olaraq dəyişilməsinin qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mütəmadi monitorinqlər və ciddi nəzarət tədbirləri həyata keçirir.

Bu sahədə kartel sövdələşmələri (qiymət razılaşmaları), qiymət manipulyasiyaları və digər antiinhisar qanunvericiliyinə zidd hərəkətlərin əlamətləri aşkar edildiyi təqdirdə təxirəsalınmaz sərt addımlar atılacaqdır.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qarabağ Regional filialının rayon şöbəsinin müdiri Vüqar Pənahov da mözvu ilə bağlı öz fikirlərini bildirdi və iştirakçıları maraqlandıran sualları cavablandırdı.

Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

Previous articleSumqayıtda “Sağlam yaşa 100 yaşa” adlı təlim keçirildi
Next articleŞəmkirdə qatar 2 qadını vurdu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here