Home Hadisə Bakıda partlayışda xəsarət alan Seneqal vətəndaşı – Foto

Bakıda partlayışda xəsarət alan Seneqal vətəndaşı – Foto

951
0

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a TƏBİB-dən məlumat verilib.

Bildirlib ki, Seneqal vətəndaşı ağ ciyər kontuziyası, III dərəcəli yanıq xəsarəti ilə özəl tibb müəssisələrinin birində müalicə alır, vəziyyəti ağır olaraq qiymətləndirilir:

“Xatırladaq ki, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur. Yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb”.

Qeyd edək ki, aprelin 3-də Bakının mərkəzində yerləşən gecə klublarının birində partlayış baş verib. Partlayış nəticəsində 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər hadisə yerində vəfat edib. Daha sonra xəsarət alan üç nəfər xəstəxanada həyatını itirib. Bundan başqa, partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

Previous articleSumqayıtda “Qarabağ Azərbaycandır” Rəsm və İnşa müsabiqələrinin ilk tədbiri keçirildi
Next articleAzərbaycan Tsxinvalidəki qondarma seçkiləri tanımır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here