Home Cəmiyyət Bakıda bu küçənin təmiri yekunlaşır

Bakıda bu küçənin təmiri yekunlaşır

129
0

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 590 metr uzunluğa malik Sülh küçəsinin əsaslı təmirini yekunlaşdırmaq üzrədir.

Sosialxəbər.az bildirir ki, Agentlikdən Axar.az-a verilən məlumata görə, təmir işləri vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun aparılıb. Küçə boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib. Bununla yanaşı zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları 2 300 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz edilib.

Hazırda küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bu işlər 11 min kv.m-dən çox sahəni əhatə edir.

Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq, mümkün ərazilərdə parkinq yerləri təşkil ediləcək və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Xatırladaq ki, Agentlik Bakıxanovda təmirə ehtiyacı olan 5,8 km uzunluğa malik 6 küçədə təmirə start verib. Qurum ötən il Sabunçu rayonunda ümumi uzunluğu 9 km təşkil edən küçə təmir edib.

Previous articleRəsmi Bakıdan Ermənistana cavab
Next articleBakı Dərin Özüllər Zavodunda qəza – Anbaan video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here