Home QHT Şəkidə əlilliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması mövzusunda tədbir keçiriləcək

Şəkidə əlilliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması mövzusunda tədbir keçiriləcək

426
0

Sosialxəbər.az xəbər verir ki, “İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.

Layihəninin əsas məqsədi əhalinin aztəminatlı sosial qruplarından sayılan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.

Layihə çərçivəsində dördüncü tədbir 12 aprel 2022-ci il tarixdə saat 14:00-da Şəki Şəhər ’’Rasim Orucov adınaŞəki Uşaq-Gənclər İnkişaf Mərkəzi’’-ndə keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdə özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərüfatı və yaxud kişik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və başadüşülən formada informasiya verilməklə ilə yanaşı bu sahədə mövcud vəziyyət haqqında da müzakirələr aparılacaqdır.

Previous articleXəstəxanalara nəzarət edən mərkəz yaradılacaq
Next articleSumqayıtda sağlam yaşa 100 yaşa adlı təlim keçiriləcək

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here