Home Qarabağ Qarabağda aşkarlanan meyit qalıqlarının müayinəsi… – Nazir

Qarabağda aşkarlanan meyit qalıqlarının müayinəsi… – Nazir

213
0

I Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə vətəndaşımızın meyit qalıqlarının məhkəmə-tibbi müayinəsi və eyniləşdirilməsi prosesi davam edir.

Sosialxəbər.az xəbər verir, bunu səhiyyə naziri Teymur Musayev açıqlamasında deyib.

Onun sözlərinə görə, müayinələrdə müasir tibbi avadanlıqdan istifadə olunur: “Prosesə xüsusi təlim keçmiş mütəxəssislər cəlb olunub. Yəqin ki, bu barədə proses yekunlaşdıqdan sonra daha ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Ağdam rayonunun Sırxavənd kəndi, eləcə də Xocalı rayonunun Fərrux kəndi və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkar edilib. Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan xeyli sayda insan meyitinin qalıqları ekshumasiya edilib.

Previous articleYerli vaksinin hazırlanması ilə bağlı işlər görülür
Next articleModul tipli xəstəxanaların gələcək fəaliyyəti…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here