Home Sağlamlıq Modul tipli xəstəxanaların gələcək fəaliyyəti…

Modul tipli xəstəxanaların gələcək fəaliyyəti…

99
0

Səhiyyə Nazirliyi koronavirus xəstələrinin müalicəsi üçün inşa edilən modul tipli xəstəxanaların gələcək fəaliyyətinə aydınlıq gətirib.

Sosialxəbər.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev açıqlamasında ölkədə COVID-19-a gündəlik yoluxma sayının kifayət qədər azaldığını bildirib.

Onun sözlərinə görə, simptomlu xəstələrin sayı da nəzərəçarpacaq dərəcədə aşağı düşüb: “Eyni zamanda xəstəxanaya yerləşdirilən pasiyentlərin sayı da tək-tük olur. Ona görə də əksər xəstəxanalar, demək olar ki, boşdur. Modul tipli xəstəxanaların gələcək fəaliyyətinə gəlincə, həmin səhiyyə ocaqları bağlanmayıb, sadəcə fəaliyyətlərini dayandırıblar. Xatırladım ki, analoji hal pandemiyanın müxtəlif dalğaları zamanı da baş verib. Ümid edək ki, həmin xəstəxanalar elə ehtiyat fondu kimi də qalacaq”.

Previous articleQarabağda aşkarlanan meyit qalıqlarının müayinəsi… – Nazir
Next articleBu görüş İrəvanda təlaş yaratdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here