Home Qarabağ Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan elit qüvvələri ilə bağlı XÜSUSİ İCLAS

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan elit qüvvələri ilə bağlı XÜSUSİ İCLAS

232
0

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Şuşada keçiriləcək birgə iclasında Azərbaycan, Türkiyə, Gürcüstan xüsusi təyinatlı qüvvələrinin təliminə dair sənəd müzakirəyə çıxarılacaq.

Sənəd üç ölkə arasında imzalanıb və “Qafqaz qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair Anlaşma Memorandumu adlanır.

Sosialxəbər.az sənədin mətnini əldə edib, sənəddə qeyd edilir ki, təlimlər regionda xüsusi təyinatlı qüvvələrin imkanlarının sinxronlaşdırılması və koordinasiyasını asanlaşdırmaq məqsədi daşıyacaq.

Təlimlərə cəlb olunacaq qüvvələrin statusu barədə, birgə məşqlər zamanı yarana biləcək nizam-intizam və cinayət yurisdiksiyası ilə bağlı məsələlər NATO standartlarına uyğun olaraq tənzimlənəcək.

Sənəddə Azərbaycan, Türkiyə və Gürcüstan arasında həmin Anlaşma Memorandumu çərçivəsində məxfi məlumatları mübadilə edə biləcəyi göstərilir.

Memorandumun qüvvədə olma müddəti 1 il göstərilir, bu müddət bitəcəyi təqdirdə tərəflərdən biri sənədin ləğvi barədə yazılı bildiriş göndərməsə, həmin zaman sonrakı bir il müddətinə qədər uzadılır.

Qeyd edək ki, təlimlər sənədə imza atan ölkələrin hər birinin ərazisində keçirilə bilər.

Previous articlePutin Hitler deyil, dəli də deyil – Vuçiç
Next articlePaşinyan itkin düşən ermənilərin sayını açıqladı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here