Home QHT Layihə çərçivəsində Qazilərin İsmayıllı rayonuna ziyarəti baş tutacaq

Layihə çərçivəsində Qazilərin İsmayıllı rayonuna ziyarəti baş tutacaq

90
0

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyi “Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli  yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsini icra edir. 
Layihə qazilərin tarixi yerlərə səyahətlərin təşkil edilməsi nəticəsində onların aktivliyinin artırılmasına xidmət edir. Layihənin məqsədi həm də Vətən müharibəsində iştirak edən  qazilərə psixoloji dəstək olaraq, onların cəmiyyətə  inteqrasiyasına yardımçı olmaq, aktivliklərini artırmaq və diqqətləri onların üzərinə  yönəltməkdir. 
İlk tədbir bir qrup qazininin Bakı şəhərində və ətrafında olan tarixi yerlərə səyahətlə başlayıb. Vətən Müharibəsi qaziləri xüsusi avtobusla Atəşgah məbədini, İçəri şəhəri,Şirvanşahlar sarayı və digər tarixi yerləri gəziblər. Layihə çərçivəsində gəzintidə qazilərin istirahətini maraqlı təşkil etmək üçün məşhur Kah-kaha  restoranında canlı musiqi dəqiqələrində Xudayar təsnifi, vətənpərvərlik mahnıları oxunub. Yemək , çay-kofe və şiriniyyat stolu düzənlənib. Tədbirdə mətbuat nümayəndələri, QHT rəhbərləri iştirak ediblər.Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri , Layihə rəhbəri Şəbnəm Rəfaelqızının mətbuata verdiyi məlumata görə “Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli  yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsinin ikinci tədbiri 9 aprel 2022-ci ildə İsmayıllı rayonuna  ziyarətlə baş tutacaq. Layihə rəhbərinin məlumatına görə qzilərin İsmayıllı səfərində 20 nəfər nəzərdə tutulsa da 28 nəfərdən ibarət heyət İsmayıllı rayonuna hərəkət edəcək.
Səfərin gündəliyi isə belədir: 1.Səhər saat 7.00-da xüsusi ayrılmış avtobusla ən İsmayıllıya hərəkət2. Saat 9.00-da Şamaxı rayonu ərazisində səhər yeməyi3. İsmayıllı rayonunun Lahic qəsəbəsində gəzinti4. Saat 13.00-da günorta yeməyi5. 14.30-da gəzintinin davamı6. Hava şəraiti imkan verərsə Nohur göldə gəzinti7. Saat 17.00-da Bakıya dönüş.Çay süfrəsiİsmayıllı gəzintisində layihənin tam heyəti, iki psixoloq, QHT rəhbərləri, mətbuat nümayəndələri,Layihə rəhbərinin köməkçisi, foto-video qrupu iştirak edəcəklər.

Previous articleMilli Məclis bu gün Şuşada iclas keçirəcək
Next articleAvropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here