Home QHT “Beynəlxalq Əlillər Cəmiyyəti”ndən psixoloji yardım

“Beynəlxalq Əlillər Cəmiyyəti”ndən psixoloji yardım

299
0

Sosialxəbər.az xəbər verir ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏC İB) Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı həyata keçirir. İndiyədək ehtiyacı olan 10-larla insanlara köməklik göstərilib, onların problemləri ilə bağlı aidiyyəti dövlət təşkilatlarına müraciətlər olunub, problemləri ictimailəşdirilib, müsbət həlli istiqamətində işlər görülüb.

Eləcə də layihənin psixoloqu İbrahim Əsədli tərəfindən psixoloji seanslar keçirilib.
İbrahim Əsədli bu dəfə Mənsur İbrahimovu qəbul edərək problemlərini dinləmişdir.

Mənsur İbrahimovun peşə fəaliyyəti əsasən zehni işlə bağlı olduğundan daima ciddi rejimdə çalışır, bu da psixoloji gərginlik, zehni yorğunluğa səbəb olub.

Əsəbləri, yuxusu pozulub. Psixoloq İbrahim Əsədlinin uğurlu metodikası nəticəsində Mənsur İbrahimovun vəziyyəti xeyli yaxşılaşdı, gərginliyi aradan qalxdı.

Həkim müalicə məqsədi ilə bir neçə dərman preparatı da təyin etdi.

Mənsur İbrahimova maarifləndirmə məqsədi ilə layihə çərçivəsində nəşr olunmuş “İmtiyazlı şəxslər üçün məlumat kitabı” da hədiyyə edildi.

Previous articleAvropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir
Next articleGöyçayda narkotik satışına görə 6 nəfər həbs edildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here